Bu gün Dövlət Sosial Müdafiə Fondunda kütləvi
informasiya vasitələri üçün "Sığorta-pensiya sistemində aktiv
iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda elan edilən
müsabiqənin nəticələrinin acıqlanması münasibətilə tədbir
keçirilib.
Fonddan Axar.az-a verilən məlumata görə, müsabiqəyə 1 oktyabr
2014-cü il tarixdən 1 dekabr 2014-cü il tarixə kimi Azərbaycan
Respublikasının sığorta-pensiya sistemi, ödənilmiş məcburi dövlət
sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması,
fərdi uçot sistemi və onun rolu, DSMF tərəfindən qeyd edilən
sahələrdə həyata keçirilən işlərlə bağlı qəzet və jurnallarda,
saytlarda çap edilmiş analitik məqalələr, televiziyada yayımlanmış
verilişlər, süjetlər təqdim olunub.
Müsabiqənin nəticələrinə görə, "Ən yaxşı məqalələr" nominasiyası
üzrə 1-ci yeri "Vergiler.az" saytının müxbiri Elbrus Cəfərli, 2-ci
yeri "Azərbaycan" qəzetinin müxbiri Elçin Cəfərov və "Kaspi"
qəzetinin müxbiri Xəyalə Rəis, 3-cü yeri isə "Paralel" qəzetinin
baş redaktor müavini Akif Nəsirli , "Novosti-Azerbaydjan" Xəbər
Agentliyinin şöbə müdiri Nərminə Əli və "Palitranews.az" saytının
şöbə müdiri İlkin Ağayev tutublar.
Müsabiqə dövründə televiziya kanallarında verilmiş "Ən yaxşı
telesüjetlər" nominasiyası üzrə 1-ci yerə "Azad Azərbaycan"
Teleradio Yayım Şirkətinin redaktoru Elnur Teymuroğlu, 2-ci yerə
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin müxbiri Əli
Rzayev və "Space" Müstəqil Televiziya və Radio Şirkətinin müxbiri
Rövşən Abdurəhmanlı, 3-cü yerə isə "İctimai" Televiziyanın böyük
redaktoru Eldəniz Sücəddinoğlu və "Lider" televiziyasının aparıcısı
Rasim Şərifov layiq görülüblər.
Müsabiqənin yekunlarına əsasən "Olaylar" qəzetinin müxbiri Alim
Hüseynli, "Xalq qəzeti"nin müxbiri Zərifə Bəşirqızı, "Axar.az"
saytının müxbiri Fərqanə Vəkilova, "Melumat merkezi.com" saytının
redaktoru Günel Cəlilova, "Modern az." Xəbər Portalının müxbiri
Pərvin Arzuqızı, "Ekspress"qəzetinin müxbiri Vasif Cəfərov,
"Azadinform.az" İnformasiya Agentliyinin müxbiri Fidan Əliyeva,
"Hafta.az" saytının müxbiri Gülşanə Mustafayeva, "Baymedia.az"
Xəbər Portalının redaktoru Mahir Həmzəoğlu, "Bakupost.az" internet
qəzetinin şöbə müdiri Yaqut Məmmədova, "Bakı xəbər" qəzetindəki
məqaləsinə görə jurnalist Rəsmiyyə Rzalı, "Trend.az" İnformasiya
Agentliyinin baş redaktor müavini İlahə Məmmədli, "Şərq" qəzetinin
əməkdaşı Məlahət Rzayeva, "Respublika" qəzetinin müxbiri Mustafa
Kamal , "Fins.az" saytının redaktoru Namiq Hüseynov "Ən yaxşı
məqalələr" nominasiyası üzrə fərqləndiklərinə görə diplom və
həvəsləndirici mükafata layiq görülüblər.
Fond sədri Elman Mehdiyev qalibləri və müsabiqədə fərqlənənləri
təbrik edərək, onlara diplomları təqdim edib. E.Mehdiyev bildirib
ki, Fond sığorta- pensiya sahəsində görülən işlərlə bağlı əhalinin
maarifləndirilməsinə xüsusi önəm verir və bu baxımdan gələcəkdə
kütləvi informasiya vasitələrinin rolundan daha geniş şəkildə
istifadə olunacaqdır.