Yuxarı

Çində ADU tələbələri üçün yay düşərgəsi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində ADU tələbələri üçün yay düşərgəsi – Foto

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən Çinin Xuçjou şəhərində ADU-nun çinşunaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün yay məktəbi təşkil edilib.

ADU-dan Axar.az-a bildirilib ki, bu ali təhsil ocağının rəsmi tərəfdaşı olan Xuçjou Universitetinin müəllimləri tərəfindən keçirilən təlimlərdə tələbələr Çin dilinə dair biliklərini təkmilləşdirir, Çinin tarixi və mədəniyyəti ilə tanış olur, həmçinin Çin incəsənətinə həsr olunmuş ustad dərslərində iştirak edirlər.

Yay məktəbində Azərbaycanı təmsil edən iştirakçılar üçün Çinin ipək paytaxtı hesab olunan, mənzərəli Tayxu gölü və bambuk meşələri ilə tanınan Xuçjounun tarixi və mədəniyyət abidələrinə ekskursiyalar təşkil olunub. ADU-nun tələbələri Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş tədbir keçirərək, çinlilərə Böyük İpək Yolu üzərində müasir, inkişaf edən, tolerant ölkə kimi ölkəmiz haqqında həqiqəti çatdırıblar.

Tədbir çərçivəsində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun Azərbaycan və Çin dilində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə nəşr edilmiş “Heydər Əliyev və Çin (seçilmiş müsahibələr, məktublar, çıxışlar)” kitabının təqdimatı keçirilib.

Tarix
2019.07.16 / 16:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla