Yuxarı

Qubada atı kəfənləyib dəfn etdi və qəbir "pir" oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada atı kəfənləyib dəfn etdi və qəbir "pir" oldu - Video

Məkkədən qayıdan Quba sakini atını kəfənləyərək dəfn edib. Səbəbi də atın sahibini sağ-salamat gətirib kəndə çatdırmasıdır.

"Xəzər Xəbər"in məlumatına görə, söhbət Qubanın Buduq kəndindən gedir.

Sakinlərin sözlərinə görə, qədim zamanlarda bu kənddən xeyli insan Məkkə ziyarətinə gedib. Ziyarətə gedən qruplardan birində 20 nəfər olub və onlar atlarla gediblər. Atlardan 19-u aclıq və susuzluqdan yolda ölüb. Biri isə müqəddəs torpaqları ziyarət etdikdən sonra sahibini kəndə çatdırıb və oradaca ölüb.

Sahibi də ata hörmət əlaməti olaraq onu kəfənləyib və oradaca dəfn edib. Heyvanın qəbrinin yerinin bilinməsi üçün də üzərinə daş qoyub.

Sonralar isə ərazidən keçənlər atın basdırıldığı yerə daş atıblar ki, qəbir itməsin. Həmin yeri isə "Daşqalağı piri" adlandırıblar.

İlahiyyatçılar isə bildirirlər ki, kəfənləyərk dəfn etmək və qəbir hazırlamaq insan üçün buyurulub. Heyvan üçün bunu etmək doğru deyil və xürafata yol açır.

Tarix
2019.07.21 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla