Yuxarı

Milli mətbuatla bağlı - Mühüm addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli mətbuatla bağlı  - Mühüm addım

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri milli mətbuatın tarixi, ölkənin qəzet və jurnalları, peşəkar, fəxri adlara layiq görülmüş jurnalistləri haqqında məlumatların vikiləşdirilməsində önəmli fəaliyyətə imza atıb. Bu günədək milli mətbuat mövzusunda yüzlərlə məqalə yaradılıb və əsaslı redaktə edilib.

Bunu Axar.az-a açıqlamasında MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk söyləyib.

O bildirib ki, 2018-ci ildə mətbuat tarixinin 143-cü ildönümü ilə əlaqədar MEK-in “Vikipediya” Metodik Mərkəzi tərəfindən 143 məqalə yaradılıb.

Qeyd edək ki, MEK informasiya resurslarının birləşdirilməsi, yüksək keyfiyyətli və etibarlı informasiya istehsalçılarına çevrilməsi, “təhlükəsiz informasiya” prinsiplərinin formalaşdırılması, Azərbaycana aid informasiyanın məzmun və texniki təhlükəsizliyinin təmin edilməsi, elmi cəhətdən etibarlı istinad yeri olan informasiya bazasının yaradılması kimi məsələləri milli mətbuatla müzakirə edir, Milli Mətbuat İnformasiya blokuna davamlı şəkildə töhfə verir.

Tarix
2019.07.22 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla