Yuxarı

Azar Qaraçənli saytının fəaliyyətini dayandırdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azar Qaraçənli saytının fəaliyyətini dayandırdı

2014-cü ilin bitməsinə bir neçə saat qalmış Azərbaycan media məkanının sayılıb-seçilən saytlarından olan "Mediaforum.az" fəaliyyətini dayandırıb və işçilərini müddətsiz məzuniyyətə göndərib.

Axar.az xəbər verir ki,sayt rəhbərliyinin bununla bağlı yerləşdirdiyi sonuncu yazıda oxuculara müraciət edilib. Müraciətdə yazılır:

"Hörmətli oxucular!

"Media forum" saytının kollektivi məzuniyyətə buraxılıb.

Bu məcburi məzuniyyətin səbəbini izah etmək üçün öncə bildirmək istərdik ki, 2013 və 2014-cü illərdə ölkədə QHT qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərdən biri də qrant müqavilələrinin qeydiyyata alınması qaydası ilə bağlıdır. Yeni qaydaya görə, qeyri-kommersiya hüquqi şəxslər layihə həyata keçirərkən bağladıqları qrant müqavilələrini Ədliyyə Nazirliyində qeydə aldırmalı və nazirlikdən bunu təsdiqləyən müvafiq bildiriş almalıdır. Layihəsi qeydə alınmayan, yəni bildiriş ala bilməyən təşkilat qrant müqaviləsi üzrə bank əməliyyatı həyata keçirə bilməz.

Bu dəyişikliklər "Media forum" saytının da fəaliyyətinə təsirsiz ötüşməyib. Çünki "Media forum" saytı qeyri-kommersiya hüquqi şəxs olan "İnternyus Azərbaycan" İctimai Birliyinin layihəsidir. "İnternyus Azərbaycan" İctimai Birliyi yerli qeyri-hökumət təşkilatıdır, media layihələrini, o cümlədən "Media forum" layihəsini qrant müqavilələri əsasında reallaşdırır. "İnternyus Azərbaycan" İctimai Birliyi öz layihələri ilə bağlı qrant müqavilələrinə Ədliyyə Nazirliyindən bildiriş ala bilmədiyinə görə həmin layihələrin fəaliyyətini dondurmaq məcburiyyətində qalıb. "Media forum" saytının kollektivinin məzuniyyətə buraxılması bu məcburiyyətin tərkib hissəsidir".

Xatırladaq ki, "Mediaforum.az" saytının baş redaktoru Azər Qaraçənli və baş redaktor müavini Hikmət Sabiroğlu tanınmış qələm sahibləridir.

Tarix
2015.01.01 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla