Yuxarı

873 gənc hüquqşünas işə qəbul edildi - Baş Prokurorluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq orqanlarına işə qəbulla bağlı növbəti test imtahanı keçirilib.

Axar.az xəbər verir ki, prokurorluq orqanlarında işə növbəti qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq təşkil edilir.

Müsabiqə vakant 80 ştat vahidi üzrə elan edilib. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri müşahidə ediblər.

Milli məclisin deputatı, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirib ki, artıq uzun illərdir ki, Azərbaycanda prokurorluq orqanlarına işə qəbul məhz bu cür şəffaf yolla həyata keçirilir. Prokurorluq orqanlarında islahatların yeni mərhələsi məhz 2000-ci ilin əvvəllərindən başlayıb. Müsabiqə yolu ilə prokurorluq orqanlarına işə qəbul əlbəttə ki, bu orqanda çalışan azərbaycan gənclərində hüquq mühafizə orqanlarına, xüsusilə prokurorluq orqanlarına inamı və etimadı yüksəltmişdir. Bilirsiz ki, bu yaxınlarda möhtərəm prezidentin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsilə bağlı fərmanı da mövcuddur və prokurorluq orqanları həmışə olduğu kimi hüquq mühafizə sahəsində islahatların önündədir. Biz əminik ki, şəffaf üsullarla prokurorluq orqanlarına işə qəbul olunan gənclər prokurorluqda şərəflə xidmət edəcəklər, insan hüquqlarının qorunmasında fəal iştirak edəcəklər. Ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasında prokurorluq orqanlarının müstəsna xidməti vardır. Son illər isə ölkəmizdə həyata keçirilən korrupsiyaya qarşı mübarızədə də prokurorluq orqanları öndədir. Və bir daha vurğulamaq istəyirəm ki, məhz belə şəffaf üsullarla həyata keçirilən test imtahanları yüksək peşəkarlığa malik olan yüksək bilik və bacarığı olan əməkdaşlar ölkəmizdə həyata keçirilən hüquqi islahatlara öz töhvələrini verəcəklər. Mən gənclərə uğurlar arzulayıram. Əminəm kü, ən biliklilər, ən bacarıqlılar öndə olacaq, prokurorluq orqanlarında işə qəbul olunacaqlar.

Baş prokurorun müavini, müsabiqə komissiyasının sədri Namiq Əsgərov bildirib ki, 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına işə qəbul yalnız müsabiqə vasitəsilə həyata keçirilir. Bugünkü imtahanda 258 nəfər iştirak edib. Müsabiqə yolu ilə həyata keçirilən qulluğa qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsinə dair dövlət başçısının verdiyi tapşırıqların icrası istiqamətində mühüm vasitə olmuşdur. 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.

Tarix
2019.08.09 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla