Yuxarı

Bakıda dayanacaqlar belə olsun – Möhtəşəm təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda dayanacaqlar belə olsun – Möhtəşəm təklif

Artıq neçənci hadisədir ki, hansısa avtomobil dayanacaqda dayanan insanlara xəsarət yetirir. Bu məsələ artıq xüsusi nəzarətə götürülməli və təcili preventiv tədbirlər həyata keçirilməlidir.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Azər Allahverənov “Mersedes” markalı avtomobilin dayanacağa çırpılması nəticəsində gənclərin yaralanmasına səbəb olan qəza barədə danışarkən deyib.

Ekspert bildirib ki, bu hal tez-tez təkrarlandığından aidiyyəti qurumlar tədbir görməlidir:

“Bir qədər əvvəl şəhərin müxtəlif yerlərində səki üzərində BNA tərəfindən təhlükəsizlik dirəklərinin quraşdırıldığının şahidi olduq. Təhlükəsizlik baxımından vacib elementdir və mən bunu xüsusilə alqışlayıram. Hesab edirəm ki, buna bənzər elementlərdən istifadə etməklə dayanacaqların da təhlükəsizliyi təmin olunmalıdır. Şəxsən mən dayanacaqda avtobus gözləyəndə məhz bu səbəbdən adətən dayanacağın arxa tərəfində dururam. Amma bu çıxış yolu deyil, çünki yağışlı, küləkli və qarlı havada da bu və ya digər dayanacaqda durmaq məcburiyyətində oluram. Düşünürəm, təhlükəsizlik dirəklərinə bənzər elementlər dayanacaqlarda da tətbiq edilsə, bu, ən azından orada duran insanların minimal müdafiəsini təmin etmiş olar”.

A.Allahverənov bildirib ki, vaxt itirmədən və bu kimi növbəti yol-nəqliyyat hadisəsini, insan itkisini və xəsarətini gözləmədən aidiyyəti strukturlar tərəfindən təcili təhlükəsizlik tədbirlərinə başlanılmalıdır.

Təkliflə bağlı saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev ekspertin bu fikrini yüksək qiymətləndirib:

“Çox gözəl təklifdir və bununla bağlı iş aparılır. Son iki-üç gündə baş verən qəzalar bir daha bu dirəklərin vacibliyini ortaya çıxarır. Bildirim ki, avtobus dayanacaq pavilyonlarının ətrafında da təhlükəsizlik tədbirləri görüləcək”.

Xatırladaq ki, iki gün öncə “Gənclik” metrostansiyası yaxınlığında Fətəli Xan Xoyski prospektində minik avtomobili avtobus dayanacağına çırpılıb. Nəticədə səkidə olan nişanlı cütlük - 22 yaşlı qızla 23 yaşlı oğlan xəsarət alıb.

Tarix
2019.08.10 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla