Yuxarı

DİN birinciliyinin qalibi müəyyənləşdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN birinciliyinin qalibi müəyyənləşdi - Foto

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları arasında güllə atıcılığı üzrə birincilik keçirilib.

DİN-in mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, nazirliyin Atıcılıq tirində keçirilən yarışın əvvəlində DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq-mühafizə orqanlarının xidmətlərini vurğulayıb. Diqqətə çatdırıb ki, Azərbaycan polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirməsinin nəticəsi olaraq hazırda ölkəmiz regionda, həmçinin Şərqi Avropada cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təmini baxımından ən yaxşı göstəriciyə malik dövlətlərdəndir.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunları ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, qanunvericilikdən irəli gələn tələblər barədə iştirakçıları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini izah edib. Sonra yarışa start verilib.

Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 11 komandadan 80 əməkdaş müxtəlif hərəkətlər üzrə sərrastlıqlarını sınayıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ), Əlahiddə Çevik Polis Alayı və DİN Daxili Qoşunlarının Baş İdarəsinin komandaları qərarlaşıb.

Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda birinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Fəqanə Kərimova fərqlənib, bu nəticə ilə o, 6-cı dəfə DİN birinciliyinin qalibi olub.

İkinci xüsusi tapşırığın yerinə yetirilməsində Əlahiddə Çevik Polis Alayının əməkdaşı Kəmalə Məhəddinova daha çox xal toplaya bilib.

BDYPİ-nin təmsilçisi Elməddin Əliyev də birinci və üçüncü tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək fəxri kürsünün ilk pilləsinə qalxıb. Kişilər arasında altıncı xüsusi tapşırığın yerinə yetirilməsində BDYPİ-nin əməkdaşı Pərviz Tağıyev ən yüksək nəticəni göstərərib.

Kişilər arasında keçirilən avtomatdan hədəfi nişan almaqda BDYPİ-nin daha bir əməkdaşı Xaləddin Zeynalov da rəqiblərini qabaqlayaraq bu yarışda qələbə qazanıb.

Yarışın idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Ehtiram Babayev, polis mayoru Aydın Həşimov və Dəyanət Ağayev iştirak ediblər.

Sonda qaliblərə medallar, diplomlar, Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2019.08.14 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla