Yuxarı

Ermənilərdən Naxçıvanda təxribat: əsgərimiz yaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən Naxçıvanda təxribat: əsgərimiz yaralandı

Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam etsə də, Əlahiddə Ümumqoşun Ordunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.

Tarix
2019.08.16 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla