Yuxarı

Bu ərazidə yanğın davam edir: Başçı hadisə yerində - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazidə yanğın davam edir: Başçı hadisə yerində - Video

11:07

Quba və Şabran rayonlarının sərhədində meşə massivində güclü yanğın başlayıb.

Report xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Qubada meşə-kolluq ərazidə yanğın davam edir.

Yanğın rayonun Zərqava inzibati ərazi dairəsi ərazisindəki meşə-kolluq ərazidə başlayıb.

Əraziyə FHN-in Quba Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın təxminən 10 hektara yaxın ərazini əhatə edir.

Qeyd edək ki, Zərqova İnzibati ərazi dairəsində ötən il də analoji yanğın hadisəsi baş verib.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, yanğın meşə fondu ərazisində deyil, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunur.

"Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub", - o deyib.

***

Şabran və Quba rayonları sərhədindəki kolluq ərazilərdə başlayan yanğın davam edir.

Yanğının söndürülməsi üçün cəlb olunan Fövqaladə Hallar Nazirliyinin texnika və canlı qüvvəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Quba Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və yerli sakinlərin səfərbər olunmasına baxmayaraq güclü külək və ərazisinin dağlıq relyefə malik olması, yanğının lokallaşdırılmasına mənfi təsir göstərir.

Yanğın baş verən ərazidə olan Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev yanğının söndürülməsi istiqamətində müvafiq göstəriş və tövsiyələrini verib.

Yanğının söndürülməsi işləri davam edir.

Tarix
2019.08.19 / 16:31
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla