Yuxarı

Rektorlar bununla ciddi məşğul olmalıdır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorlar bununla ciddi məşğul olmalıdır - Ekspert

Bu il universitetlərdə, xüsusilə I, II və IV ixtisas qrupları üzrə dövlət universitetlərində ciddi sayda plan yeri boş qalacaq.

Axar.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır:

“I ixtisas qrupu üzrə 2459, II ixtisas qrupunda 2542, III ixtisas qrupunda 142, IV ixtisas qrupu üzrə 354, V ixtisas qrupunda isə 288 boş plan yeri qalıb. Amma 5074 boş plan yerinə I qrupdan 74, II qrupdan 1057, III qrupdan 20, IV qrupdan 16, V qrupdan isə cəmi 16 abituriyent ərizə təqdim edib.

Eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) 11 illik bazadan qəbul həyata keçirilir.

Bu il orta ixtisas təhsili müəssisələrinə 12362 plan yeri (2018-ci ildə 11981 plan yeri idi) ayrılıb. Bu qədər plan yerlərinə qəbul olmaq üçün 13649 nəfər elektron ərizəsini təstiq edib.

Eyni zamanda həm universitetlərdə, həm də kolleclərdə rus bölməsi üzrə böyük sayda, hətta ən prestijli ixtisaslar üzrə də plan yerləri boş qalacaq. Yaxşı olar ki, plan yerləri ərizə qəbulu başa çatdıqdan sonra müəyyən edilsin”.

Ekspertin sözlərinə görə, dövlət universitetlərinin rəhbərləri bu ali təhsil müəssisələrindəki plan yerlərinin boş qalması məsələsi ilə ciddi məşğul olmalıdır:

“Əgər həqiqətən də bu universitetləri abituriyentlər seçmirsə, deməli, ehtiyac yoxdur və bağlamaq lazımdır. Ya da plan yerlərini kəskin şəkildə azaldaraq, abituriyentlərin daha çox müraciət etdiyi universitetlərin plan yerini artırmaq lazımdır”.

Tarix
2019.08.19 / 13:53
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla