Yuxarı

Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır - Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik avtomobilləri saxlayıb, bunu yoxlayır - Diqqət

Atmosfer havasını çirkləndirən sürücülərə iki dövlət qurumu tərəfindən xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin Regional Ekologiya İdarələri Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə ölkə ərazisində “Təmiz hava aylığı” ilə bağlı aksiyaları davam etdirir. Avqustun 1-dən başlayan tədbirlər çərçivəsində avtomobillərin ixrac etdiyi zərərli qazların miqdarı yoxlanılır və maarifləndirici tövsiyələr verilir. Yoxlamalar bu ayın sonuna qədər davam edəcək.

“Təmiz hava aylığı” ilə bağlı keçirilən reydlər zamanı avtomobillər iki nazirliyin əməkdaşları tərəfindən polis postlarında saxlanılır və zərərli qazların miqdarı yoxlanılır. Havaya normadan artıq tullantı atan avtomobillərin sürücülərinə maarifləndirici məlumatlar verilir.

ETSN sürücülərə tövsiyə edir ki, həm sağlamlıq, həm də ətraf mühitin qorunması üçün avtomobillərini saz vəziyyətdə saxlasınlar.

Tarix
2019.08.21 / 13:37
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla