Yuxarı

Diqqət: Uşaqların görüntülərini internetdə paylaşmaq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı, sosial şəbəkələrin geniş kütlə arasında yayılması və internetin artıq hər evdə gündəlik həyatın tərkib hissəsinə çevrilməsi bir çox yeni fenomenlərə yol açır. Bunlardan biri də valideyn, qohum və yaxın ətraf tərəfindən uşaq fotolarının internetdə paylaşılmasıdır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, elmi dairələrdə “sharenting” (parenting – valideynlik, tərbiyə etmək və sharing – paylaşmaq sözlərinin hibridi) termini ilə ifadə olunan bu fenomenin fəsadları çoxları tərəfindən düzgün qiymətləndirilmir. Britaniya alimlərinin apardığı araşdırmalara görə, müasir cəmiyyətimizdə uşaqlar beş yaşına çatana kimi valideynlər onların orta hesabla 1500-dək fotosunu internetdə paylaşır. Şəkil və videoları çəkilən uşaqlar həmin an valideynlərin bu görüntülərlə nə edəcəklərini bilmirlər və bu görüntülərin onların gələcək şəxsi həyat, karyera və sosial mühitdə ünsiyyətinə hansı təsirlər göstərəcəyindən bixəbər olurlar. Dünyanın ən yaşlı uşaq qurumu olan “Save the Children” təşkilatının İsveçrə nümayəndəliyinin rəhbəri Ömer Güvən bildirib ki, internetdəki bu paylaşmalar BMT tərəfindən təsbit olunmuş uşaq hüquqlarını, ilk növbədə şəxsi həyatın gizliliyi prinsipini pozur.

Nəzərə alınmalıdır ki, təkcə İnstaqram sosial şəbəkəsində 75 milyon post “kids” (uşaqlar), 160 milyon post isə “baby” (körpə) həştəqi ilə mövcuddur. Quqldan sonra ən çox istifadəçiyə malik olan Yutubdada yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.

Uşaq psixoloqu Filip Ramminq İsveçrənin SRF1 telekanalına bildirib ki, uşaqların görüntülərini şəbəkəyə yerləşdirəndə ölçü dərəcəsi gözlənilməlidir. Əgər valideynlər ailə bayramları, ailənin sevincli günləri və digər əziz günlərdə çəkilmiş görüntüləri paylaşmaq istəyirlərsə, bu zaman sosial şəbəkələrin təqdim etdiyi məhdudlaşdırıcı funksiyalardan istifadə etmələri tövsiyə olunur. Sözsüz ki, hər bir valideyn öz övladı ilə fəxr edir və bu sevinci başqaları ilə bölüşmək istəyir, lakin valideynlər çox zaman bu görüntülərin onların övladlarının gələcək həyatına hansı təsirlər göstərəcəyini bilmirlər.

Uşaq psixoloqları və tərbiyə məsləhətçiləri, həmçinin valideynlərə övladlarının gülünc vəziyyətlərdə, ağlarkən və ya müxtəlif emosional halları ifadə edərkən çəkilən görüntülərini onlayn platformalara yerləşdirməyi məsləhət görmür, gələcəkdə övladları üçün utancverici görüntüləri ictimailəşdirməməyə çağırırlar. Uşaqlar böyüdükdən sonra bu görüntüləri ailədaxili sferadan çıxararaq ictimailəşdirdiklərinə görə valideynlərini qınaya, onlarla problem yaşaya bilərlər.

Tarix
2019.08.23 / 01:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla