Yuxarı

Ordumuz MiQ-29-ları havaya qaldıracaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz MiQ-29-ları havaya qaldıracaq

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə ölkəmizdə TurAz Qartalı-2019 birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, sentyabrın 2-dən başlayacaq təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri, Türkiyə Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının aviasiya vasitələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək.

Təlimlər sentyabrın 16-dək davam edəcək.

Tarix
2019.08.27 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla