Yuxarı

Komitədən vətəndaş qəbulu ilə bağlı ittihamlara - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Komitədən vətəndaş qəbulu ilə bağlı ittihamlara - Cavab

Dövlət Gömrük Komitəsi, onun rəhbərliyi və əməkdaşları haqqında hər hansı fakta əsaslanmadan mütəmadi olaraq qaralama kampaniyası aparan, gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan bəzi dırnaqarası media qurumları bu dəfə də Komitə sədrinin avqustun 30-da Masallıda vətəndaşların qəbulu prosesi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayımlayıblar.

Axar.az xəbər verir ki, bu barədə Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin məlumatında bildirilib.

İddiaya görə, izdihamın müşahidə olunduğu qəbul prosesi sona qədər aparılmayıb və bu barədə vətəndaşlara açıqlama verilməyib.

Xatırladaq ki, avqustun 30-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Masallı şəhərində vətəndaşların müraciətlərini dinləyib.

Komitə bildirir ki, ümumilikdə 17 nəfər Komitə sədri ilə görüşüb və gömrük məsələləri ilə bağlı bütün müraciətlər dinlənilərək qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Qeyd edək ki, DGK rəhbərliyinin şəhər və rayonlarda vətəndaşları qəbulu barədə Komitənin rəsmi internet səhifəsində, kütləvi informasiya vasitələrində dəfələrlə verilən açıqlamalarda yalnız gömrük məsələləri ilə bağlı müraciətlərin dinləniləcəyi bildirilib, gömrük orqanlarında xidmətə qəbul və xidmətə bərpa məsələləri ilə bağlı birbaşa Komitənin aparatına müraciət etmək tövsiyə olunub.

Buna baxmayaraq bəzən vətəndaşlar gömrük orqanlarının səlahiyyəti xaricində olan, hətta məişət məsələləri ilə bağlı Komitə rəhbərliyinə müraciət edirlər.

Gömrük orqanlarında xidmətə qəbul üçünKomitə rəhbərliyi ilə görüşmək istəyən vətəndaşlara aidiyyəti struktur bölmələrin nümyəndələri tərəfindən müvafiq açıqlamalar verilirək bildirilib ki, xidmətə qəbul "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydaları" əsasında həyata keçirilir. Test üsulu ilə yazılı imtahan və müsahibədən ibarət müsabiqədə iştirak etmək istəyənlərə Komitənin İnsan Resursları İdarəsinə müraciət etmək tövsiyə olunub.

Qəbul zamanı izdihamın yaşanması, prosesin başa çatdırılmaması, sahibkarların müraciətlərinə baxılmaması ilə bağlı iddialar isə gömrük sistemində həyata keçirilən islahatlardan və həmin yeniliklərin dövlətə, ölkə vətəndaşlarına verdiyi faydalardan narahat olan dairələrin və şəxslərin anormal təfəkkürünün məhsuludur.

Tarix
2019.08.31 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla