Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2020


MİDA növbəti mənzil satışının vaxtını açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin satışı 16 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-a qədər davam edəcək.

Bu barədə Axar.az-a Mənzil İnşaatı Dövlət Agentliyin (MİDA) Mətbuat xidmətindən məlumat verilib.

“MİDA-nın sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 18 oktyabr 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 30 oktyabr 2019-cu il tarixi saat 11:00-dək davam edəcək.

Ölkə prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Satışa ümumilikdə 570 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bütün binalar Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və inşa olunub. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 30.01.2017-ci il tarixli 23206 nömrəli, 31.01.2017-ci il tarixli 23210 nömrəli və 17.03.2017-ci il tarixli 23364 nömrəli müsbət rəyləri mövcuddur.

Tarix
2019.09.12 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gəncədə məktəbli qız itkin düşdü, araşdırma başladı

Bu gecə hava kəskin soyuyur: “Azəristilik” vəd verdi

Salyan sakinləri: Biz ona səs verəcəyik - Video

Əzizov müşavirə keçirdi, xəbərdarlıq etdi

Bu ərazilərdə qaz olmayacaq

Pul alarkən görüntüsü yayılan polis öldü

Bakıda yol qəzası tıxaca səbəb oldu

Rauf Arifoğlunun qərargahında nələr baş verir? - Video

Osman Gəncinski Gəncədə saxlanıldı - Video

Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı

KULT
<>
Xəbər xətti
 
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla