Yuxarı

Naxçıvanskinin abidəsi nə zaman açıqlacaq? - Səfirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə ictimaiyyətin tanınmış azərbaycanlı, general-adyutant Hüseyn xan Naxçıvanskinin Sankt-Peterburqda abidəsinin qoyulmasına maliyyə vəsaitinin kəsilməsi barədə narahatlığını ifadə edən mövzu geniş təbliğ edilir.

Azərbaycanın Rusiyadakı səfirliyindən Azərtac-a bildiriblər ki, yuxarıda göstərilən layihənin heç bir əlavə maliyyə dəstəyinə ehtiyacı yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev bizim hər birimiz üçün əlamətdar olan ideyanın gerçəkləşməsi üçün bütün zəruri vəsaiti ayırıb.

Qeyd etmək lazımdır ki, işlərin əvvəlində kompozisiya seçilməsi üzrə bir neçə müəllifin müxtəlif eskizləri təqdim olunub. Bu eskizlərin uzun müddət və diqqətlə öyrənilməsindən sonra gənc və istedadlı heykəltəraş Mixail Popov və arxitektor Yevgeni Çerepaxinin işinə üstünlük verilib. Onu da vurğulamaq lazımdır ki, özünün Mədəniyyət Nazirliyindəki iş təcrübəsindən istifadə edən Polad Bülbüloğlu bu eskizə bir neçə düzəliş və əlavələr edib. Onların sayəsində abidənin kompozisiyasının yaradıcı hissəsi üzrə işlər başa çatıb. Kompozisiyanın seçilməsi və təsdiqi ilə paralel olaraq Polad Bülbüloğlu Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovla birlikdə Sankt-Peterburqun o vaxtkı qubernatoru və rəhbərliyi ilə, həmçinin abidənin qoyulması ideyasını irəli sürmüş Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirib. Bundan başqa, 2016-cı ildə Hüseyn xan Naxçıvanskinin oğlunun məzarüstü daş lövhəsinin tapılmasından sonra məhz səfirin ideyası ilə həmin daş lövhə abidənin postamentinə birləşdirilib.

Hazırda abidənin kompozisiyası və arxitektura layihəsi tamamilə başa çatdırılıb və görülən işlərin haqqı ödənilib.

Bundan sonra görüləcək işlər üçün zəruri olan vəsait də köçürülüb. Dövlət vəsaitlərinin xərclənməsinin hesabatlılığı, həmçinin onların məqsədyönlü olmayan istifadə ehtimalını da nəzərə alaraq, xərclərin təyinatı üzrə xərclənməsinə dair müvafiq sənədlər tələb olunub. Həmin sənədlər təqdim olunmayıb və bu səbəbdən sonrakı maliyyələşdirilmə dayandırılıb.

Onu da qeyd etməyi vacib hesab edirik ki, Sankt-Peterburq administrasiyasının abidə üçün ayırdığı torpaq sahəsində də yeraltı mühəndis-texniki kommunikasiyalarla bağlı bir sıra ciddi problemlər üzə çıxıb.

Hazırda bu problemlərin həlli məqsədilə səfirin Sankt-Peterburqun yeni seçilmiş qubernatoru ilə görüşü nəzərdə tutulur.

Məlumdur ki, 2020-ci ildə Azərbaycan Peterburq Mədəniyyət Forumunda qonaq-ölkə qismində iştirak edəcək. Bu, xalqlarımızın mədəni həyatında çox əlamətdar hadisədir. Azərbaycan Mədəniyyət Nazirliyi ilə razılaşdırıldığı kimi, bu tədbir çərçivəsində Hüseyn xan Naxçıvanskinin abidəsinin təntənəli açılışı planlaşdırılır. Açılış Forumun əsas hadisələrindən biri olacaq.

İctimaiyyəti saxta nüfuz qazanmaq istəyən yalançı vətənpərvərlərin yaydıqları yanlış informasiyalara və təxribat xarakterli məlumatlara etibar etməməyə çağırırıq.

Səfirlik Azərbaycan xalqının qəhrəmanlıq tarixini əbədiləşdirmək üçün əlindən gələn bütün zəruri tədbirləri həyata keçirir.

Tarix
2019.09.12 / 23:49
Müəllif
Axar.az
Digər xəbərlər

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla