Yuxarı

TV-də qalmaqal: sədr 5 jurnalisti məhkəməyə verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TV-də qalmaqal: sədr 5 jurnalisti məhkəməyə verdi

Lənkəranda fəaliyyət göstərən Cənub Regional Televiziyası (CTV) sabiq əməkdaşlarını məhkəməyə verib.

Axar.az-ın məlumatına görə, CTV-nin direktoru Gülbəniz Mayılova Feysbuk sosial şəbəkəsində onların fəaliyyətini tənqid edən statuslar yazan keçmiş işçiləri ilə çəkişir.

Telekanal rəhbərliyi 5 sabiq əməkdaşını - Astara rayon sakini Elçin Şahverdiyev, Lənkəran şəhər sakini Əli Teymurov, Aynur Əhmədov, Valeh Dadaşov və Rəşad Yusubovu məhkəməyə verərək şərəf və ləyaqətinin alçaldıldığını iddia edir. Artıq yanvarın 13-də Lənkəran Rayon Məhkəməsində hazırlıq iclası keçirilib.

Məsələ ilə bağlı CTV rəhbərliyi ilə əlaqə saxladıq. Televiziyanın direktoru Gübəniz Mayılova yuxarıda adıçəkilən şəxslərin sosial şəbəkələrdə onun ünvanına nalayiq ifadələr işlətdiyini çatdırdı:

"Yaşlı bakirə", zırt, "suka"

"19 dekabr saat 18:55-də televiziyanın mənim rəhbərliyim dövründə çalışmayan keçmiş işçisi Əli Teymurov Feysbukda status yazıb və onun yazdığı statusa mənim rəhbər işlədiyim dövrdə işdən azad olunan adamlar rəy yazaraq ünvanıma çox təhqiramiz ifadələr işlədib. 2011-ci il iyulun 18-də mən direktor təyin olundum və sentyabrın 1-i E.Şahverdiyevi işdən azad etdim. Yəni bu insanlar televiziyaya yaramırdı. Onun statusuna yazılan rəylər ağlasığan şeylər deyil. Görün bu adam nə yazıb:

"Bu qadın rəhbər təyin olunan kimi işçi qızlardan qısa ətək geyinib efirə çixmağı tələb edir. Bu insanın əxlaqında ciddi problemlər var. Ona çılpaqlıq lazım idi. Bu "yaşlı bakirə" qadın belə edəcək, elə edəcək. Nə etdi bəs?! Zırt da edə bilmədi. Məni sevdiyim verilişimdən ayırdı".

CTV rəhbəri bu statusdan sonra televiziyada çalışan xəbər şefi İsmayıl Cəfərli, aparıcı Əhməd Səmədov və başqalarının sosial şəbəkədə onlara cavab verdiyini bildirdi və ünvanına yazılmış başqa təhqir saydığı fikirləri sadaladı:

"Daha sonra, heç mənim rəhbərliyim altında çalışmayan biri yazır ki, "Müdirin qapısında "sukalar" növbəyə dayanır". Bu, birinci çıxış deyildi. Düz bir il yarımdır ki, bu adamlar ya qrup şəklində, ya da tək-tək sosial şəbəkələrdə belə ifadələr işlədirlər.

Direktorun bildirdiyinə görə, həmin statusu yazan və ona havadarlıq edən sabiq işçilər 148-ci maddə ilə ittiham olunurlar:

"Məhkəməyə verdiyim daha bir adam isə veb redaktor olub. Bütün günü bu adamda qrammatik səhvlər tuturdum. Buna görə də mənimlə tez-tez mübahisə edirdi. İş saatında nə vaxt axtarırdım, tapılmırdı. Bununçün də onu işdən çıxartdım".

"İdarəçilik çox zəifdir" sözü nə vaxtdan təhqir olub?

Televiziyanın məhkəməyə verilən keçmiş işçiləri isə deyilən sözlərlə razılaşmadıqlarını, haqsız yerə işdən çıxarıldıqlarını və böhtana uğradıqlarını bildiriblər:

"Biz heç kimi təhqir etməmişik. "İdarəçilik çox zəifdir" sözü nə vaxtdan təhqir olub? Televiziyda çalışarkən gördüyümüz haqsızlığı dilə gətirmişik. Ümid edirik ki, məhkəmə ədalətli qərar çıxaracaq".

Tarix
2015.01.15 / 08:30
Müəllif
Hüseyn Valeh
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla