Yuxarı

2000 manatlıq müsabiqə başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2000 manatlıq müsabiqə başladı

Elektron Hökumət Portalı mobil əlavələrin hazırlanması üçün müsabiqə elan edib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Elektron Hökumət Portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəziwww.data.gov.az portalının açıq məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edir.

İKT mütəxəssisləri, START UP-çılar, tələbələr və s. üçün nəzərdə tutulan, yanvarın 15-dən aprelin 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün açıq məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır.

Müsabiqənin tələbləri:

Müsabiqəyə təqdim ediləcək mobil əlavələrin hazırlanması üçün www.data.gov.az portalına daxil olmaqla açıq məlumatlar siyahısından istifadə etməlisiniz.

Müsabiqədə iştirak etmək istəyənlər ilk növbədə www.e-gov.az portalında qeydiyyatdan keçməli, materialları göndərərkən qeydiyyat nömrəsini e-məktuba əlavə etməlidir. Qeydiyyat 2015-ci il martın 15-dək aparılacaq. Materialların son qəbul olunma tarixi aprel ayının 15-dir.

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir - [email protected].

Qalibləri 1-ci yer üçün 2000 manat, 2-ci yer üçün 1000 manat, 3-cü yer üçün 500 manat pul gözləyir.

Müsabiqə 15 yanvar 2015 cü ildən 15 aprel 2015-ci ilə qədər davam edəcək, materiallar RYTN tərəfindən müəyyən edilmiş peşəkar münsiflər tərəfindən qiymətləndiriləcək.

Müsabiqə barədə daha geniş məlumatları "Elektron hökumət" portalından (www.e-gov.az) və www.data.gov.az saytından əldə etmək olar.

Tarix
2015.01.16 / 18:43
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla