Yuxarı

Xəzərdə dalğanın hündürlüyü 6 metri ötdü - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəzərdə dalğanın hündürlüyü 6 metri ötdü - Nazirlik

18:57

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 18:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, şimal- qərb küləyi arabir Bakıda, Maştağada 38 m/s, Nefçalada 36 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 27 m/s, Salyanda, Bayıl yamacında, Balakəndə 25 m/s, Neft Daşlarında 24 m/s, Ağstafada, Çilovda, Tərtərdə 22 m/s, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Gəncədə 20 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən Xəzərdə dalğanın hündürlüyü 5,2 metrə çatıb.

Quba, Qusar, Yardımlıda yağış yağıb. Güclü külək bəzi şəhər ətrafı ərazilərdə qumu havaya qaldıraraq toz dumanı yaradıb. Həmin ərazidəki yollarda görünüşlə bağlı çətinliklər yaranıb.

Nazirlik əlverişsiz hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyyə edib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Şimal-qərb küləyi arabir Bakıda 40m/s, Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s, Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə, Tərtərdə 27 m/s, Salyanda, Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s, Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6,3 metrə çatıb.

Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.

Tarix
2019.09.21 / 21:25
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

Azərbaycan zəlzələ ilə bağlı Yaponiyaya başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla