Yuxarı

Məktəblərdə şagird sıxlığının səbəbi - Nazirlik açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblərdə şagird sıxlığının səbəbi - Nazirlik açıqladı

Təhsil Nazirliyi məktəblərdə şagird sıxlığının səbəblərini açıqlayıb.

Nazirlikdən Axar.az-a bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə, hazırda bir çox məktəblərdə şagird sayı normativə uyğundur.

Qeyd olunub ki, lakin bəzi məktəblərdə sinif otaqlarının çatışmazlığı səbəbindən uşaqların sıxlığının müvafiq normadan artıq olduğu müşahidə edilir: "Sıxlığın aradan qaldırılması istiqamətində ümumi təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilir, məktəb tikintisi sahəsində əhəmiyyətli işlər görülür. Bu günədək həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb. Bununla yanaşı, son 15 ildə ölkədə 3200-dən artıq yeni məktəb, əlavə tədris korpusları və sinif otaqları tikilib və əsaslı təmir olunub. Hazırda məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması üçün işlər davam etdirilir. Məktəb şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər gələcəkdə şagird sıxlığının aradan qaldırılmasına gətirib çıxaracaq".

Tarix
2019.09.23 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

Ərdoğanla görüş: İraqlı nazir sazişdən imtina etdi və... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla