Yuxarı

BDU-nun bu komitəsi tələbələrlə görüşlərə start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BDU-nun bu komitəsi tələbələrlə görüşlərə start verdi

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi 1-ci kurs tələbələri ilə görüşlərə start verib.

Universitetən Axar.az-a verilən məlumata görə, bu il yaranmasının 45-ci il dönümün qeyd edən BDU THİK yeniləşərək, fərqli imic və yeni "Tələbənin sosial tərəfdaşı” sloqanı ilə fəaliyyət göstərməyə başlayıb.

Sentyabrin 23-ü universitetin "Jurnalistika” və "Şərqşünaslıq” , 24-ü "Ekologiya və torpaqşünaslıq” və "Tarix” , 25-i "Filologiya” , "Kitabxanacılıq və İnformasiya” və "Kimya” , 26-sı "Biologiya” və "Fizika” 27-si "Coğrafiya” və " Hüquq " fakültələrinin tələbələri ilə görüş keçirilib.

Ümumilikdə Bakı Dövlət Universiteti bakalavriat səviyyəsinə qəbul olan 5127 tələbədən 2051 nəfəri görüşdə iştirak edib. Universitetin əsas tədris binasının akt zalında baş tutan görüşlərdə BDU THİK sədri Nihad Allahyarlı , THİK-in sədr muavini Manaf Talıbov və fakültə tələbə həmkarlar ittifaqı rəhbərləri Həbibə Xudakişiyeva , İbrahim Babazadə ,Xavər Səlimli , Əli Babazadə , Nadir Rzazadə , Qüdsi Məlikov , Xəyalə Hüseynzadə , Xatun Kərimova , Əminə Bəylərova, Əkbər Əliyev və Rəvan Rəsulzadə iştirak ediblər. Görüşlər ənənə halına çevrilən dövlət himninin canlı ifası ilə başlamış, daha sonra sədr Nihad Allahyarlının Bakı Dövlət Universitetinə qəbul olan tələbələri təbrik edərək təşkilatın əsas fəaliyyəti və strukturu haqqında geniş məlumat verməsi ilə davam etmişdir. Görüşlərdə komitənin başlıca vəzifələri olan tələbələri ictimai işlərə cəlb edərək onların formalaşmasını təmin etmək, onların sosial problemlərinin həllinə dəstək göstərmək və müxtəlif sosial layihələrdə iştiraka təşfiq etmək kimi məsəllər xüsusi qeyd olunub, həmkar ailəsinin fəaliyyətini əks etdirən foto və videoçarxlar nümaiş etdirilib. Görüşlərdə həmçinin idman klubunun rəhbəri Akif Atakişiyev və mədəniyyət klubunun rəhbəri Bayram Məmmədov çıxış edərək rəhbərlik etdikləri klub və dərnəklər haqqında məlumat veriblər. Hər görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 1-kurs tələbələri ilə görüş oktyabr ayının ilk həftəsinə qədər davam edəcək.

Tarix
2019.09.28 / 17:44
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - Foto

Əliyev və Paşinyan yaxşı dostdurlar - Uitkoff

Bu partiyaların MSK üzvlüyünə yeni namizədləri açıqlandı

Azərbaycanla Ermənistan arasında qarşılıqlı səfərlər...

Əminəm ki, bu səfər yaxşı fürsətlər yaradacaq - Prezident

Prezident latviyalı həmkarına sülh prosesindən danışdı

Azərbaycan-Latviya sənədləri mübadilə edildi - Foto

Region üçün ən kəskin problemlərdən biri... - Baş nazir

Prezidentlər mətbuata bəyanatlarla çıxış edir

Azərbaycanla aramıza nifaq salmaq üçün... – İran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla