Yuxarı

Prezidentin işdən çıxartdığı başçı kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin işdən çıxartdığı başçı kimdir?

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yeni təyinatı ilə bağlı heç bir sərəncam yoxdur.

Axar.az xəbər verir ki, Ənvər Qasım oğlu Seyidəliyev 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirib, 1975-1976-cı illərdə hərbi xidmət keçib.

1977-1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışıb.

1983-1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olub.

1985-1989-cu illərdə Ağsu rayon Partiya Komitəsində təlimatıçı, 1989-2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003-2007-ci illərdə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-də idarə rəisi vəzifələrində işləyib.

18 dekabr 2007-ci ildən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir oğlu, üç nəvəsi var.

Qeyd edək ki, Ə.Seyidəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Səlim Müslümovun dayısıdır.

Tarix
2019.09.30 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla