Yuxarı

Nazir Qafqaz qartallarını izlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Qafqaz qartallarını izlədi - Foto

Azərbaycanın Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, Türkiyə Respublikası, Gürcüstan və Pakistan İslam Respublikasından olan yüksək səviyyəli qonaqlar Bakıda keçirilən Qafqaz Qartalı-2019 birgə təlimləri çərçivəsində təşkil olunan “Yüksək səviyyəli Müşahidəçi Günü”ndə iştirak ediblər.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə maket üzərində planlaşdırılan fəaliyyətlər və təlimlərin gedişi barədə məruzə olunub.

Sonra təlimin döyüş atışlı mərhələsində aviasiya vasitələrinin dəstəyi ilə ərazidə xüsusi təyinatlı bölmələr tərəfindən müxtəlif tapşırıqlar icra olunub.

Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini qeyd edib. Müdafiə naziri bu təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb.

Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu ifadə edib.

Sonda Müdafiə naziri təlimdə təmsil olunan ölkələrin nümayəndələrinə hədiyyələr təqdim edib.

Tarix
2019.10.01 / 14:49
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə və Pakistan ordu yeridir – İran “nəzərə alacaq”?

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla