Yuxarı

Bakı Zooparkı nə vaxt hazır olacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Zooparkında aparılan yenidənqurma işləri davam edir.

Bunu Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib. Onun sözlərinə görə, hazırda parkda su və kanalizasiya, eləcə də elektrik sistemi dəyişdirilir:

“Parkda görülən işlər öz axarı ilə davam edir, yeni volyerlər tikilir, şərait yaxşılaşdırılır. Gedişat onu göstərir ki, yeni park növbəti il təhvil verilə bilər. İşlərin bir qədər çox vaxt aparması isə onunla bağlıdır ki, burada hər bir işə xüsusi yanaşma var və müxtəlif qurğular qurularaq təhlükəsizlik qaydalarına çox ciddi riayət edilir. Yekunda çox nümunəvi və köhnə parkdan əsər-əlamət olmayan yeni zoopark sakinlərin istifadəsinə veriləcək”.

A.Hüseynov parka yeni gətiriləcək heyvanlardan da söz açıb:

“Hazırda əvvəlki heyvanların şəraitlərinin yaxşılaşdırılması istiqamətində işlər aparılır. Ancaq iki-üç, bəlkə də daha çox növdə yeni heyvanların gətirilməsi gözlənilir”.

Qeyd edək ki, bu ilin əvvəllərindən fəaliyyəti müvəqqəti dayandırılan Bakı Zooparkında yenidənqurma və genişləndirmə işləri aparılır. Hazırda parkın ərazisi 2.25 hektardır, lakin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra 4.25 ha olacaq. Heyvanlar isə müvəqqəti olaraq Qaradağ rayonuna köçürülüb.

Tarix
2019.10.04 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla