Yuxarı

Elə bilirlər ki, baş nazir olmaq asandır - Rəsizadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elə bilirlər ki, baş nazir olmaq asandır - Rəsizadə

Bu gün Baş nazir vəzifəsinə yeni seçiləcək şəxsi çox yaxşı tanıyıram. Əli Əsədov bir iqtisadçı kimi tamamilə işin içində olan adamdır. Hesab edirəm ki, bu çox yaxşı seçimdir.

Axar.az xəbər verir ki, bu fikirləri Modern.az-a açıqlamasında sabiq Baş nazir Artur Rəsizadə yeni Baş nazir təyinatı barədə danışarkən deyib.

O bildirib ki, baş nazirlik heç də asan vəzifə deyil:

“Novruz müəllim də ötən müddət ərzində üzərinə düşən işi yerinə yetirib. O da çox yaxşı insandır. Əslində, yeni bir söz deməyəcəm. Baş nazir vəzifəsi asan vəzifə deyil. Həm məsuliyyətli, həm də çətin vəzifədir. Çünki hər sahədən anlayışlı olmaq lazımdır. Hərbi məsələdən tutmuş ta səhiyyə, təhsil, mədəniyyətə qədər... Nazirlər Kabinetində işləməyən adamlar elə bilirlər ki, Baş nazir olmaq asandır. Ancaq heç də elə deyil. İşin içində olan adam başa düşür ki, Baş nazir vəzifəsi məsuliyyət və peşəkarlıq tələb edir”.

Artur Rəsizadə Əli Əsədovu təbrik edəcəyini də söyləyib:

“Hələ Əli müəllimi təbrik etməmişəm. Təbii ki, edəcəm. Əli müəllimin Prezident Administrasiyasında çox böyük hörməti var”.

Qeyd edək ki, artıq Milli Məclisin iclası başlayıb. İlk məsələ kimi Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb.

Tarix
2019.10.08 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla