Yuxarı

Dəhşətli statistika: 10 gündə 12 qadın döyüldü, 4-ü öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşətli statistika: 10 gündə 12 qadın döyüldü, 4-ü öldü

11:22

Oktyabrın ilk ongünlüyündə 12 qadın məişət zorakılığına məruz qalıb.

Axar.az xəbər verir ki, onlardan 4-ü dünyasını dəyişib, 7-si isə ağır yaralanıb.

Xəbərlə bağlı statistikanı təqdim edirik:

Bakı, Binəqədi rayonu, “Avtovağzal” metrosu yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevanı uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi ilə qətlə yetirib.

Beyləqanın Yuxarı Aran kəndində döyülərək ölümcül vəziyyətdə yolun kənarına atılan 18 yaşlı Aygün Mehman qızı Quliyeva xəstəxanada vəfat edib.

Daşkəsənin Əmirvar kəndində 19 yaşlı, hamilə olan Ayşə Samir qızı Abdullayeva həyat yoldaşı tərəfindən döyülüb.

Nizami rayonunda 39 yaşlı İlham Əkbərov yaşadığı evdə arvadı, 36 yaşlı Əkbərova Cəvahir Telman qızını qısqanclıq zəminində bıçaqlayaraq öldürüb.

Tərtərin Şıxarx qəsəbəsində qayınata əsəbləşərək avtomobillə gəlininin üstünə sürüb. maşının altında qalan gəlin ölüb. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Gəncənin Bayan küçəsində 1977-ci il təvəllüdlü Natavan Sabir qızı Mustafayevanın əri Məhərrəm Sirati tərəfindən boğazı kəsilib.

Bakının Nəsimi rayonunda şəxs qardaşı arvadı və qardaşı qızını beysbol dəyənəyi ilə döyərək xəstəxanalıq edib.

Abşeronun Masazır qəsəbəsində Aynurə Bəhmən qızı Abdullayeva əri Yaqub Qurbanov tərəfindən döyülərək öldürülüb.

Bakıda məhbus Ramin Bayramov ona baş çəkməyə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə ona ağır xəsarət yetirib.

Xətai rayonu NZS qəsəbəsində ailə münaqişəsi zəmnində qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Köçərli Bikə Məhəmmədəli qızını döyərək ağır xəsarət yetirib.

Nəsimi rayonunda 44 yaşlı Abbasova Nəzirə Ağagül qızı keçmiş əri tərəfindən döyülüb.

Goranboy rayonunda 35 yaşlı qadını döyüb, ata bağlayaraq sürüyüblər.

Tarix
2019.10.10 / 12:10
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla