Yuxarı

Bakıda 31 nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 31 nəfərə qarşı dələduzluq edən şəxs tutuldu

İnsanları müqəddəs ziyarətgahlara aparacağı adı ilə aldadıb onların pulunu dələduzluq yolu ilə mənimsəyən şəxs saxlanılıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan əvvəllər məhkum olunmuş paytaxt sakini Xəyal İsmayılov özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları İraq və İran İslam Respublikasında yerləşən ziyarətgahlara aparacağını söz verərək onlardan müxtəlif məbləğlərdə pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar X.İsmayılovla əlaqə saxlaya bilməyiblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib.

Qeyd edək ki, hələlik 31 nəfər zərərçəkən saxlanılan şəxsin qanunsuz əməllərindən polis orqanlarına şikayət edib.
Artıq X.İsmayılov barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Bu şəxsin dələduzluq əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa onlardan aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Tarix
2019.10.10 / 18:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

Həlak olanların ailə üzvlərinə nə qədər təqaüd veriləcək?

Səfirliklərimizdə xidmət müddəti müəyyənləşdi - Yeni qayda

BƏƏ ziyana gedir, Səudiyyə isə gündə 300 milyon qazanır

Şeyxdən İran səfirinə: İlham Əliyev dəfələrlə bəyan edib ki...

Azərbaycan bu ölkə ilə münasibəti bərpa edir

İsmayılovun yarım milyardlıq əmlakı müsadirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla