Yuxarı

Bu, Azərbaycanın irsinə qarşı terrordur – Şəfiyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Azərbaycanın irsinə qarşı terrordur – Şəfiyev

Şuşada yerləşən və azərbaycanlılara məxsus olan Yuхarı Gövhər ağa məscidinin təmirdən sonra Ermənistandakı işğalçı qüvvələr tərəfindən fars mədəniyyətinin dini-tarixi nümunəsi kimi təqdim edilməsi İrəvanın Azərbaycana qarşı təcavüzü çərçivəsində işğal edilmiş ərazilərdə Azərbaycan irsinə qarşı aparılan ardıcıl və məqsədyönlü terror kimi qiymətləndirilməlidir.

Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Məscidin tarixi tam aydındır – “Yuxarı Gövhər ağa” məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib. Tarix boyu Şuşada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edib. Bu fakt Çar Rusiyası dövründə, 1897-ci ildə əhalinin siyahıyaalınması zamanı təsdiqlənib (Rusiya sənədlərində azərbaycanlılar “Azərbaycan tatarları” kimi göstərilib)”, - Şəfiyev bildirib.

Politoloqun sözlərinə görə, bərpa işlərində İranın “Part Saman Cahan” şirkətinin iştirakı təəssüf doğuran faktdır:

“Onu da əlavə edək ki, Şuşa məscidinin bərpası layihəsinin iştirakçılarından biri olan İCOMOS Armenia (İnternational Council on Monuments and Sites) təşkilatının prezidenti Qaqik Gürcyan bu yaxınlarda Gövhər ağa məscidinin təmirinin yeganə belə layihə olmadığını bildirib, Ermənistan və Qarabağ ərazisindəki bir sıra digər müsəlman tikililərinin bərpası istiqamətində erməni və İran mütəxəssislərinin yeni planlarının olduğunu vurğulayıb. Ermənistanın IDeA (Initiatives for Development of Armenia) təşkilatının yaydığı son xəbərdə isə, bərpa işinə bu sahədə böyük təcrübəsi olan 12 iranlı mütəxəssisin dəvət olunduğu bildirilib. Onu da qeyd etmək lazımdır ki, vaxtilə İrəvandakı azərbaycanlılara məxsus Göy məscid 1990-cı illərdə məhz Fars məscidi adı ilə təmir və bərpa edilib.

Beləliklə, işğal olunmuş Azərbaycan ərazilərində tarixi və mədəni abidələrin qorunması adı altında Ermənistan və qondarma DQR ilə əməkdaşlığa müxtəlif xarici qurumlar qoşulub və bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Müvafiq beynəlxalq normalara zidd olan belə hərəkətlər dünya ictimaiyyəti tərəfindən pislənməli və müvafiq dövlətlər tərəfindən xarici mütəxəssis və şirkətlərin bu işdə iştirakının qabağı alınmalıdır”.

Tarix
2019.10.14 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sayyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla