Yuxarı

Heydər Əliyev Fondu ilə UNİSEF memorandum imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev Fondu ilə UNİSEF memorandum imzaladı

Oktyabrın 18-də Heydər Əliyev Fondu ilə BMT-nın Uşaq Fondu (UNİSEF) arasında Anlaşma Memorandumu imzalanıb.

Axar.az xəbər verir ki, imzalanma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və UNİSEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin iştirak ediblər.

Memorandum 2020-ci ilin sonunadək inklüzivlik və erkən uşaqlıq dövrünün inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində bu sahədə valideynlərin təhsil və təcrübələrini dəstəkləyən proqramların reallaşdırılması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə və sosial sahələrdə həyata keçirdiyi layihələr barədə danışaraq, fiziki imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, uşaqların sağlamlığı və təhsili sahəsində Fondla UNİSEF arasında mövcud əməkdaşlıq barədə məlumat verib. Qeyd olunub ki, imzalanan Memorandum bu əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.

Memorandum çərçivəsində Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi və UNİSEF-in birgə dəstəyi ilə uşaqların məktəbəqədər dövrdə sağlamlığı, müxtəlif bacarıqlarının inkişafı üzrə layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar Mərkəzdə “Live Life” (“Canlı həyat”) sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi ətraf mühit problemlərinə, təbiətin qorunmasına diqqət çəkmək və incəsənətin bu sahədə rolu barədə ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. Ekspozisiya London, Paris, Berlin, Moskva və Tbilisidə nümayişdən sonra Bakıya gətirilib.

Tarix
2019.10.18 / 19:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla