Yuxarı

FHN Gəncədə mülki müdafiə məşqi keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Gəncədə mülki müdafiə məşqi keçdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib.

FHN-dən Axar.az-a bildirilib ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki Müdafiə Qüvvələrinin şəxsi heyəti və komandir-rəis heyəti iştirak edib.

Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üçün nəzəri bilik və praktiki vərdişlərin təkmilləşdirilməsindən ibarət olub.

Məşqin yekununda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib, müzakirələr aparılıb.

Tarix
2019.10.19 / 19:11
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla