Yuxarı

Laçın alayının şəhidləri anıldı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçın alayının şəhidləri anıldı... - Foto

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında 811 saylı Laçın dağ-atıcı alayının şəhid olmuş əsgərləri Natiq Babayev və Namiq Abdullayevin anım tədbiri keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon şöbəsinin sədri Babək Aslanov çıxış edərək, şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan söz açıb:

“Natiq və Namiq şərəfli həyat yaşadılar. Onlar qısa ömürləri ilə gəncliyə, gələcəyə nümunə oldular. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş hər bir kəs diqqətə, hörmətə layiqdir. Sədri olduğum ictimai birliyin təşkilatçılığı ilə biz tez-tez şəhid ailələrinə baş çəkir, xüsusi anım günlərini keçiririk. Düşünürəm ki, şəhidlərimizi yad etmək, onların xatirəsini uca tutmaq hər birimizin müqəddəs borcudur”.

Daha sonra tanınmış şairlər İlham Qəhrəman və Nazim Əhmədli, 811 saylı hərbi hissənin qərargah rəisi olmuş Rafiq Nağıyev və veteran Babək Məmmədov şəhidlərin döyüş yolu ilə bağlı xatirələrini danışıblar.

Qeyd edək ki, Namiq Şamil oğlu Abdullayev 1962-ci il aprelin 27-də Bakıda anadan olub. O, ermənilərə qarşı aparılan bir çox əməliyyatda iştirak edib. Namiq Abdullayev 1992-ci il oktyabrın 19-da şəhid olub.

Babayev Natiq Rafiq oğlu 1972-ci ildə Laçın şəhərində doğulub, 1992-ci il oktyabrın 19-da şəhid olub.

Tarix
2019.10.21 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

Tədrisin rəqəmsallaşdırılması nəzərdə tutulur - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla