Yuxarı

Zakir Həsənov Fransanın yeni səfiri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Müdafiə naziri səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona Azərbaycan ilə Fransa arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Azərbaycan ilə Fransa arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, beynəlxalq və regional təhlükəsizlik problemləri, eləcə də əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qoşunların təmas xəttindəki hazırkı vəziyyət barədə diplomata məlumat verən Müdafiə naziri vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe regional təhlükəsizliyə ciddi təhdiddir. Nazir xüsusi qeyd edib ki, məsələnin həlli yolu beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsidir.

Fransanın bəzi şəhərləri ilə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejim tərəfindən yaradılan “yerli hakimiyyət orqanları” arasında imzalanan bir neçə qanunsuz “müqavilə”nin Fransanın müvafiq məhkəmələrinin qərarları ilə ləğv olunmasını yüksək dəyərləndirən Müdafiə naziri Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında səylərinin daha da artıracağına ümidvar olduğunu bildirib.

Müdafiə sahəsində ikitərəfli münasibətlərin əhəmiyyətini qeyd edən general-polkovnik Z.Həsənov Azərbaycan ilə Fransa arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyətini yüksək qiymətləndirib.

Öz növbəsində ölkələrimiz arasında əməkdaşlığın və dost münasibətlərin olduğunu qeyd edən diplomat Fransanın Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Səfir Z.Qros Fransanın Azərbaycan ilə müdafiə sahəsində, xüsusilə hərbi-texniki, hərbi təhsil, hərbi tibb sahələrində birgə layihələrin həyata keçirildiyini və bu proqramların inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə tərəflər Fransanın müdafiə məhsulları istehsal edən bir sıra şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən müxtəlif layihələrin hazırkı vəziyyətini, eləcə də müdafiə və təhlükəsizlik sahələrində qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Tarix
2019.11.07 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

Dumanın deputatı: Azərbaycandan nümunə götürün!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla