Yuxarı

Nazirlik canavar hücumları ilə bağlı əhaliyə müraciət etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik canavar hücumları ilə bağlı əhaliyə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə payızda, xüsusilə qış ayları yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumu ilə bağlı müxtəlif mənbələrdən məlumatlar daxil olur. Buna səbəb payız-qış mövsümündə onların yem bazasının azalması və yemə tələbatlarının artmasıdır. Bu da onları axtarışa çıxmağa, daha çox yem mənbəyi axtarmağa vadar edir. Nəticədə yırtıcıların yaxınlıqdakı yaşayış məntəqələrinə, kənd təsərrüfatı heyvanlarına hücumu halları qeydə alınır. Bu, o demək deyil ki, canavarların sayı çoxdur. Ötən il bəzi mətbuat orqanlarında canavarların sayının həddən çox olduğu və nazirlik tərəfindən tənzimlənmədiyi barədə yazılar dərc olunub. Nazirlik Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna müraciət edib. Rəsmi məlumata görə, ölkədə olan canavar sayı təxminən 2 min baş həddindədir. Bu yaxınlarda nazirlik də fauna və quşlar arasında dinamikanı izləmək məqsədilə monitorinq keçirib. Həmin rəqəmlər bir daha təsdiqini tapıb. Bu da uzun illər qəbul olunmuş və davam edən dinamikadan çox fərqlənmir.

Axar.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə noyabrın 8-də keçirilən mətbuat konfransında deyib.

“Canavarların hücumunun digər səbəbi yaşayış məntəqələrinin sayının artması, heyvanların yaşayış areallarına müdaxilə edilməsidir. Digər tərəfdən, kənd təsərrüfatı heyvanları meşələrə buraxılır və canavarların yemi olurlar. Bəzi ölkələrdə canavarların yaşayış areallarına yem qoyulması kimi təcrübə də var. Lakin bu, çox nadir hallarda tətbiq edilən üsuldur. Çünki canavarlar bir gün ərzində yaşayış yerini 40-60 kilometr məsafədə dəyişdirə bilərlər. Bütün dünyada kənd təsərrüfatı heyvanlarının saxlanılması qaydaları var. Çox azsaylı ölkələrdə, o cümlədən Azərbaycanda buna əməl edilmir. Həmin heyvanlar qapalı şəraitdə saxlanılmalıdır. Ölkəmizin regionlarında heyvanları meşə ərazilərində, açıq sahələrdə nəzarətsiz qoyurlar. Canavarlar da məhz həmin zaman hücum edir. Bununla bağlı son hadisə Zaqatalada qeydə alınıb. Canavarlar qoyunlara hücum edib, 7 qoyunu parçalayıb, bir neçəsini yaralayıb. Nazirlik belə hadisələri araşdırır. Ehtiyac olarsa, nazirliyin nümayəndələri həmin ərazidə növbətçi qalır. Vətəndaşların həyatına, kənd təsərrüfatlı heyvanlarına ciddi təhlükə olarsa, tədbirlər görülür. Həmin hadisəni araşdırarkən fermerlərin heyvanları açıq ərazidə nəzarətsiz qoyub getməsi faktını aşkarladıq.

Dünyada tətbiq olunan daha bir üsul elektrik çəpər metodudur. Heyvanların ətrafına yüngül elektrik buraxılır. Heyvanları öldürmür, amma nə kənd təsərrüfatı heyvanları kənara çıxa bilir, nə də vəhşi heyvanlar onlara hücum edə bilir”, - deyə H.Əlizadə bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, yırtıcıların sayı təhlükəli həddə çatanda onların sayı tənzimlənir: “Kənd Təsərrüfatı Nazirliyi ilə birgə işləyirik. Quduzluğun aradan qaldırılması üçün təbiətdə müxtəlif yerlərdə profilaktik tədbirlərin aparılması, eyni zamanda, quş qripinin araşdırılması zamanı həm də canavarlarla bağlı birgə tədbirlər görürük. Yırtıcıların hücumu ilə bağlı məlumat daxil olanda hər iki nazirliyin əməkdaşları, regional idarələrdə komissiyalarımız, professional ovçular, baytarlar hadisə yerinə cəlb edilirlər. Görülən tədbirlər arasında əhalinin təhlükəsizliyi və sağlamlığı ən birinci nəzərə alınır”.

Departamentin direktoru əhalini məsuliyyətli olmağa çağırıb.

Tarix
2019.11.08 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

Tramp bununla böyük bir iş gördü - Əliyev

Bu gün Azərbaycan ehtiyac duyulan ölkədir - Prezident

Bu il Bakı və İrəvan arasında sülh sazişi imzalanacaq?

BMT tam iflic vəziyyətə düşüb - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla