Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Noyabr 2019


“Gənclik və yeni media” konfranslarına start verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov rayon Gənclər və İdman İdarəsi və “İslahatçı Gənclər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclik və Yeni media” mövzusunda gənclərlə görüş keçirilib.

Axar.az xəbər verir ki, rayonun fəal gəncləri və tanınmış internet media ekspertlərinin iştirakı ilə baş tutan görüşdə sosial medianın gündəlik həyatımızdakı rolu, sosial şəbəkələrin informasiya təhlükəsizliyi sahəsində yaratdığı risklər müzakirə olunub.

Görüşü giriş sözü ilə açan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov sosial medianın günümüzün reallığı olduğunu bildərərək, ondan gənclərin milli və şəxsi maraqlar naminə faydalı istifadəsinin zərurət olduğunu deyib. O bildirib ki, gənclər sosial şəbəkələrdə aktiv olmalı, Azərbaycanın sürətli inkişafı, milli maraqlarımızın təbliği işində bu platformadan maksimum faydalanmalıdırlar.

Çıxış edən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı hər ötən gün dünyada informasiya savaşı güclənir. İndi artıq ayrı-ayrı dövlətlər, qüvvələr hərbi gücdən daha çox, informasiya gücünə baş vururlar. Bu isə şübhəsiz ki, ölkələrin informasiya təhlükəsizliyinə təhdidlər yaradır: “Eyni zamanda internet medianın inkişafı onun istifadəçiləri üçün əlavə imkanlar yaradır. Belə bir durumda gənclərin yeni medianın, sosial şəbəkələrin imkanlarından milli maraqlarımızın qorunması və şəxsi inkişafları naminə səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir”.

Azxeber.com İnformasiya Portalının Baş redaktoru Hacıbəy Heydərli internet istifadəçilərinin sayının hər ötən gün artdığını və bunun da informasiya savaşında sosial medianın rolunun yüksəlməsinə xidmət etdiyini qeyd edib. O, bildirib ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib və bu fakt bizi düşündürməlidir: “Sosial media sosiallıqdan çıxaraq, ictimai-siyasi təsir və idarəetmə vasitəsi, informasiya müharibəsi meydanına çevrilib. Bi bu meydanda layiqli yerimizi tuta bilməsək, prosesləri uduza bilərik. Onun üçün də gənclərin bu istiqamətdə maarifləndirilməsi olduqca mühümdür”.

Azxeber.com İnformasiya Portalının Baş direktoru Əfsələddin Ağalarov vurğulayıb ki, qloballaşan dünyada informasiya texnologiyalarının, internet medianın sürətli inkişafı gənclər qarşısında yeni imkanlar açmaqla yanaşı, eyni zamanda yeni vəzifələr qoyur: “Bu imkanlardan məqsədyönlü istifadə etmək üçün isə gənclərin maarifləndirilməsinə mühüm ehtiyac var. Çünkü gənclər yeni media vasitələrindən yalnız Azərbaycan həqiqətlərinin təbliği işində deyil, eyni zamanda şəxsi inkişafları üçün də faydalana bilərlər”.

Daha sonra çıxış edən gənc jurnalist, Nezermedia.az portalının baş redaktoru Nəzərbəy Hacıağayev bildirib ki, dünyada baş verən hadisələr gənclərin informasiya texnologiyalarının verdiyi imkanlardan səmərəli istifadəsini zəruri edir: “Bu baxımdan gənclərin yeni media vasitələrindən uğurla istifadəsini təmin etmək üçün belə tədbirlərə böyük ehtiyac var”.

Konfrans rayon gənclərinin sualları ətrafında yaranan müzakirələrlə davam edib.

Tarix
2019.11.09 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda yataqxana uçdu: sakinlər köçürülür - Foto

Feysbukdan növbəti yenilik

250-dək hüquqşünas hakimlik uğrunda mübarizə aparacaq

Sərəncam icra edilmir, təmir yarımçıq qalıb - Paşayeva

Yeni büdcə layihəsi tam şəffaf deyil – MM-də sərt çıxış

Siyavuş Novruzov: İndi onlardan soruşmaq lazımdır ki...

Avropa Azərbaycan Məktəbinin təşkilatçılığı ilə müsabiqə - Foto

Azərbaycanlı qadın polislə İngiltərədə görüş keçirildi - Foto

YAP Qarabağ əlili üçün ev inşa edəcək

FHN-in idmançılarından böyük uğur - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla