Yuxarı

Azərbaycanlı milyarder sərgi keçirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı milyarder sərgi keçirir

Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov bu ölkədə ilk dəfə “Sports Vorld 2020” idman sərgisi təşkil edəcək.

Bu barədə Report-a sərginin direktoru Andrey Simonov məlumat verib.

Onun sözlərinə görə, tədbir 14 - 16 may 2020-ci ildə Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin dəstəyi ilə A.Ağalarovun sahibi olduğu “Crocus Group” Şirkətlər Qrupunun nəzdindəki “Krokus Ekspo”da baş tutacaq.

Dünyanın müxtəlif ölkələrinin 300-dən çox şirkətinin qatılacağı sərginin əsas mövzuları qlobal tendensiyalar və idmanda müasir texnologiyalar olacaq. Sərgi çərçivəsində böyük peşəkar konfrans keçiriləcək. Bu biznes-forumda idman federasiyalarının, müxtəlif qurumların və iri şirkətlərin rəhbərləri, Rusiya, Avropa, ABŞ və Çindən olan mütəxəssislər, eləcə də media nümayəndələri iştirak edəcəklər.

“Sports Vorld 2020”də idman həvəskarları üçün turnirlər, master-klasslar, idman ulduzlarının avtoqraf seansları və konsert təşkil olunacaq. Sərgiyə giriş pulsuz olacaq. 13 kvadrat kilometr əraziyə malik “Crokus Ekspo” 10 min nəfəri qəbul etməyə hazırdır.

Qeyd edək ki, 2020-ci ildə Moskva-1980 Yay Olimpiya Oyunlarının 40 illik yubileyi qeyd olunacaq. Bununla bağlı Rusiya Prezidenti Vladimir Putin müvafiq tapşırıqlarını verib. “Sports Vorld 2020” də məhz əlamətdar hadisənin ildönümü tədbirləri çərçivəsində gerçəkləşəcək.

Tarix
2019.11.14 / 15:57
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

İlham Əliyev Pezeşkiana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla