Yuxarı

Vilayət Eyvazovdan daha bir mühüm qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vilayət Eyvazovdan daha bir mühüm qərar

“Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”a dəyişiklik edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov qərar imzalayıb.

Qərarla təlimata 3.2-2-ci bənd əlavə olunub.

Yeni bənddə göstərilib ki, cinayət barədə “102” xidməti-zəng mərkəzi sisteminə məlumat verən şəxsin ilkin ərizəsinin alınması üçün ərazi polis qurumuna dəvət edilməsi qadağandır.

Lakin hadisə yerinə baxışın keçirilməsinə, müraciət edən və digər şəxslərdən dərhal izahatların alınmasına zərurət olmadığı hallar istisna təşkil edir.

Həmin məlumat üzrə əməliyyat-istintaq qrupu hadisə yerinə dərhal çıxır və müraciət edən şəxsin məlumatına əsasən yerində (hadisə yerində, yaşadığı və ya olduğu ünvanda) şifahi ərizə protokolu tərtib olunur.

Şəxs yazılı müraciət etmək istədikdə ərizəsi alınır. Şəxs məlumat verməkdən və ərizə yazmaqdan imtina etdikdə bu barədə protokol tərtib olunur. Həmin protokolda şəxsin məlumat verməkdən və ərizə yazmaqdan imtinasının səbəbləri haqqında qeyd aparılır. Protokol onu tərtib edən və məlumat verən şəxslər tərəfindən imzalanır. Bununla bağlı orqan rəhbərinin adına raport yazılır. Raport və protokol araşdırma materialına əlavə olunur.

Yalnız hadisə barədə verilmiş məlumatın (cinayət xarakterli olmayan) xarakterindən asılı olaraq orqan rəisinin (olmadıqda məsul növbətçinin) göstərişi əsasında aidiyyəti ünvana polis sahə rəisi (inspektoru), post-patrul, yol-patrul xidməti naryadları, əməliyyat müvəkkili və ya digər struktur qurumların əməkdaşları göndərilir.

Qərarın icrasına nəzarət müvafiq sahəyə kuratorluğu həyata keçirən nazir müavinlərinə həvalə olunub.

Qərar noyabrın 13-dən qüvvəyə minib.

Tarix
2019.11.20 / 10:31
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla