Yuxarı

“Azərişıq” gücləndirilmiş rejimə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərişıq” gücləndirilmiş rejimə keçdi

"Azərişıq" ASC gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Axar.az-a bildirib ki, bununla əlaqədar rəhbərlik xüsusi göstəriş verib.

Göstərişə əsasən bütün ölkə üzrə şəbəkə rəisləri və texniki departamentin əməkdaşlarının iştirakı ilə növbətçilik müəyyən edilib.

"Onu da qeyd edim ki, hazırda "Azərişıq" rəhbərliyi başda olmaqla Bakı şəhəri və regionlarda olan texniki departamentlərinin, həmçinin qəza xidmətinin əməkdaşları hazırda iş başındadır. Baş verə biləcək qəza hallarının qarşısını operativ surətdə almaq məqsədilə əlavə material, maşın-mexanizmlər ayrılaraq Bakı şəhərinin ətraf kənd-qəsəblərinə və regionlara göndərilib"- deyə Tanrıverdi Mustafayev əlavə edib.

"Azərişıq" sözçüsü istehlakçılara da müraciət edib: "Qeyd edim ki, "Azərışıq" ASC-nin 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi fəaliyyət göstərir və istehlakçılardan xahiş edirəm baş verən kəsintilərlə bağlı bizim çağrı mərkəzinə məlumat versinlər".

Tarix
2019.12.01 / 21:53
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla