Yuxarı

Azərbaycanın parlament binası necə tikilib? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın parlament binası necə tikilib? - Video

Xəzərə açılan mənzərə və dünya memarları tərəfindən tanınması: Azərbaycanın parlament binasını mütəxəssislər ölkənin ən uğurlu inzibati binalarından biri hesab edir.

Oxu.az xəbər verir ki, MİR-24 telekanalının əməkdaşı Milli Məclisin binasının tikintisi ilə bağlı süjet hazırlayıb.

Azərbaycanın parlament binası şəhərin ən yüksək nöqtəsində yerləşir. Beşmərtəbəli bina 1970-ci illərdə tikilib.

Memar Tahir Abdullayev onu Azərbaycan SSR Ali Sovetinin 25 deputatı üçün hazırlamışdı. Vaxt keçdikcə xalq deputatlarının sayı artmağa başlayıb və memarlıq ansamblında dəyişikliklər etmək tələb olunub.

"Tahir Abdullayev mənim müəllimim olub. Yeni binanın inşası zamanı mən fikir verirdim ki, ümumi kompozisiya pozulmasın. Yeni korpus ayrı qalmamalı, əksinə mövcud olanı tamamlamalı idi”, - deyə "Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru, memar Müsədin Namazov "MİR 24”ə müsahibəsi zamanı bildirib.

Namazov parlament binasının yenidənqurma və tikintisində iki dəfə iştirak edib. Sonuncu dəyişikliklər 11 il əvvəl edilib. İndi orada 125 deputat üçün geniş kabinetlər var.

Parlamentarilərin bir binadan digərinə rahat keçməsi üçün şüşə tavanı olan 12 metrlik körpü mövcuddur. Oraya yumşaq mebel və nadir bitkilər qoyulub. Qış bağı – parlamentarilərin ağır iş günündən sonra sevimli istirahət yeridir.

Tarix
2019.12.03 / 22:11
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla