Yuxarı

Ucar polisində nə baş verib? - Təfərrüat/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucar polisində nə baş verib? - Təfərrüat/Yeniləndi

00:03

Bir qrup Ucar sakininin Polis Şöbəsinin qarşısında aksiya keçirməsi haqqında məlumat yayılıb.

Arqument.az hüquq müdafiəçisi Taleh Xasməmmədovun Feysbuk hesabında paylaşdığı məlumata istinadən xəbər verib ki, aksiyaya səbəb Ucar rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin qohumu, Narkotik ticarətinə qarşı mübarizə bölməsinin rəisi Eldəniz İsmayılovun sakinləri təhqir etməsi olub:

"Aksiyadan sonra Eldəniz Quliyev vəzifəsindən azad edilib, 15 nəfər aksiya iştirakçısı həbs edilib".

Vurğulayaq ki, rayon polis şöbə (idarə) rəisinin bölmə rəisini işdən çıxarmaq səlahiyyəti yoxdur. Polis rəisi yalnız təqdimat verə bilər, təyinatı isə DİN başçısı həyata keçirir.

Məlumatı araşdırmağa çalışırıq.

***

Axar.az-ın yerli mənbədən əldə etdiyi məlumata görə, polis baş leytenantı Eldəniz İsmayılov Narkotiklərlə mübarizə bölməsinin rəisi deyil, inspektorudur və bu vəzifəyə yeni təyin edilib. Buna qədər isə o, Ucar rayon Pirkənd kəndində sahə inspektoru işləyib və polis rəisi ilə heç bir qohumluğu yoxdur.

Bildirilir ki, Eldəniz İsmayılov əslən Ucar rayonundan olan həmkarı ilə münasibətində guya kobudluğa yol verib və ucarlıların ünvanına aşağılayıcı ifadə işlədib. Mənbənin məlumatına görə, əslində belə hal olmasa da, rayon camaatından 10-dək şəxs bu söz-söhbətə aydınlıq gətirməsi üçün polis rəisi Tahir Quliyevin qəbuluna gedib.

Tahir Quliyev sakinlərlə görüşdə hər iki polis işçisini çağıraraq, onları tənbeh edib və işdən müvəqqəti olaraq uzaqlaşdırıldıqları barədə qərarını onlara elan edib. Polis rəisinin hansısa cəza seçəcəyi, yaxud onların işdən qovulması haqqında DİN-ə raport yazacağı barədə heç bir məlumat yoxdur.

Həbslər isə tamamilə təkzib edilir. Mənbəmizin verdiyi səhih bilgiyə görə, heç bir aksiya keçirilməyib və həbslər də olmayıb, sadəcə, xəbərdən narahat olan 10-dək ağsaqqal rəislə görüşüb.

Tarix
2015.02.05 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Ermənistanda bundan məhrum edilir - Bakının nəzarəti...

Milli Məclisin növbəti plenar iclası başladı

İlham Əliyevin Efiopiyanın baş naziri ilə təkbətək görüşü...

Paşinyandan ayrılan Anna qızıllarını göstərdi - Video

Onları Prezidentlə xanımı qarşıladı

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla