Yuxarı

“SuperOnline”ın fırıldağı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“SuperOnline”ın fırıldağı

"SuperOnline" abunəçilərini ötürdüyü internet sürətində aldadır.

Artıq bununla bağlı Axar.az-a neçənci dəfədir ki, abunəçilər şikayət məktubu ilə müraciət edirlər.

Uzun müddətdir "SuperOnline" istifadəçisi olan abunəçilər problemlə bağlı provayderə müraciət etdiklərini deyirlər. Provayder isə problemin onlardan qaynaqlanmadığını bildirərək, telefon qovşağından gələn xətlərin köhnə olmasını səbəb göstərir.

Şikayətçilər qeyd edir ki, bununla əlaqədar telefon qovşağına müraciət edərək öz vəsaitləri hesabına telefon xətlərindəki nasazlığı aradan qaldırıblar. Lakin bundan sonra da problem aradan qalxmayıb. Daha sonra, provayder əməkdaşları problemin, əslində abunəçiyə aid modemdə olduğunu bəhanə gətirərək hər vəchlə məsuliyyətdən yayınmağa çalışıb. Dəfələrlə "SuperOnline"-a müraciətdən sonra evə ötürülən internet sürətinin əslində provayder tərəfindən azaldıldığı bəlli olub. Bu haqda provayderin mənzilə gələn əməkdaşı bildirib və bunu abunəçilərin mənzilinə ötürülən xətlərin zəif olması ilə izah edib. Abunəçilər 4 meqabit sürətə sahib internet paketinin pulunu ödəsə də (20 manat), onlara verilən internetin sürəti ən yaxşı halda 2 mb-ya çatıb – o da tez-tez kəsilmələrlə. Bu vəziyyətin bir ildən artıq davam etdiyini nəzərə aldıqda vətəndaşların nə qədər aldadıldığını təsəvvür etmək çətin deyil.

Qeyd edək ki, abunəçi çıxış yolunu sözügedən provayderdən ayrılmaqda görsə də, onu bu fikirdən daşındırmaq məqsədilə problemin yoluna qoyulacağını bildiriblər. Problem isə olduğu kimi qalır.

Məsələ ilə əlaqədar Axar.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, bu açıq-aydın istehlakçı hüququnun kobud şəkildə pozulması deməkdir:

"İstehlakçının tam haqqı çatır ki, məhkəməyə müraciət etsin. Bu, bütün hüququ pozulmuş istehlakçılara şamil edilir. Həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və Azad İstehlakçılar Birliyinə müraciət edə bilərlər".

E.Hüseynov qeyd edib ki, vətəndaş ödədiyi pul qarşılığında internet paketi ala bilmirsə və aldadılırsa, ödədiyi vəsaiti məhkəmə yolu ilə provayderdən ala bilər:

"Abunəçilər 4 meqabayt sürətə sahib internet paketinin pulunu ödədiyi halda (20 manat), onlara verilən internetin sürəti ən yaxşı halda 2 mb-ya çatırsa, bu abunəçinin hüququnun pozulması deməkdir. Abunəçinin tam haqqı çatır ki, provayderi məhkəməyə versin və ödədiyi pulları geri alsın. Provayder pulu mütləq şəkildə geri qaytarmalıdır. Ancaq vətəndaşın əlində aldadıldığına, ödədiyi pul qarşılığında ona verilən internet paketinin zəif olmasına dair sənədlər olmalıdır ki, bunu sübut edə bilsin. Bu problemi təkcə məhkəmə yox, dövlət orqanlarının köməyi ilə də etmək mümkündür. Ancaq bunun üçün əlinizdə aldadıldığınızı sübut edən sənədlər olmalıdır".

Tarix
2015.02.06 / 00:44
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

"Forbes" İranın gücündən yazdı: Siyahıda Azərbaycan da var

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Gültəkin Hacıbəylinin Mehdiyev sevgisi: Gizli oyunlar...

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla