Yuxarı

İşçilərə maaş verməyən müdirdən şok - Cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşçilərə maaş verməyən müdirdən şok - Cavab

Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən "Lapera" tikiş sexində çalışan işçilər rəhbərlikdən şikayət edir.

Axar.az xəbər verir ki, tikiş sexinin sahibi Vüqar Mehdiyev 3 aydır ki, işçilərin maaşını vermir.

Yaxın qohumunun sözügedən müəssisədə çalışdığını deyən Vasif Sədərov əməkdaşımıza bildirib ki, rəhbərlik pulun olduğunu, lakin verilmədiyini açıq şəkildə bildirib:

"Dolanışığımız çətindir. Yaxın qohumum həmin tikiş sexində çalışır. 3 aydır ki, maaş ala bilmir. Müdir açıq şəkildə bildirib ki, pul var, amma vermirəm. Məgər bu ölkədə qanun yoxdur? Niyə hər sahibkar işçiləri ilə necə istəyirsə, elə də davranır?"

V.Səfərov bildirib ki, V.Mehdiyev işçilər qarşısında tələb qoyub:

"O, işçilərə deyib ki, bir işçi həftə ərzində 1800 ədəd alt paltarı tikərsə, onun maaşı veriləcək. Planı doldura bilməyən işçilərin isə maaşı verilməyəcək. Dünən 3-4 nəfərin maaşının yarısını verdi. Amma digər işçilər hələ də maaşını ala bilməyib".

Məlumatı Axar.az-a təsdiq edən sahibkar V.Mehdiyev mart ayına qədər maaşları verəcəyini dedi:

"Mart ayına kimi bütün işçilərin maaşı veriləcək. Dünya dağılmır ki? Bir az dözsünlər. Elə zənn etsinlər ki, heç işləməyiblər".

İşçilərin verdiyi məlumata görə, sahibkar işə götürdüyü işçilərlə əmək müqaviləsi də bağlamır. Belə olan təqdirdə qanunsuz fəaliyyət göstərən istehsal müəssisəsinin vergidən yayınma hallarına yol verməsi də istisna olunmur.

Tarix
2015.02.06 / 09:38
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

Zəfər Günü parad saat neçədə başlayacaq?

Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu

Paşinyan bunu dedikdən sonra Əliyev tapşırıq verdi ki...

Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla