Yuxarı

Aylıq kirayə ödə, 25 ilə ev sahibi ol: Şərtlər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə Prezidentinin “İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydasını” təsdiq etməsi ilə vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib olmaq şansı əldə etdi. Artıq müəyyən edilmiş ərazilərdə Fondun təklif etdiyi mənzilləri kirayələməklə müəyyən müddətdən sonra o mənzilə sahib olmaq mümkün olacaq.

Belə ki, bunun üçün müqavilə bağlanandan 3 il sonra kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə daha tez və ya ödənişi normal şəkildə davam etdirib 25 il ərzində ona sahib ola bilər.

Ancaq təbii ki, bu mənzillərə sahib olmaq üçün müəyyən şərtlər var.

Bu barədə Axar.az-a geniş məlumat verən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, yaxın günlərdə müraciətlərin başlayacağı kirayə mənzillər müxtəlif ərazilərdədir:

“Bizdə olan məlumata görə, “Qara Qarayev”, “Neftçilər”, “Əhəmədli” metrosu ətrafında daha çox mənzil təklif olunacaq. Bununla yanaşı, mərhələli şəkildə digər rayonlarda, o cümlədən bölgələrdə də kirayə mənzillər veriləcək.

İpoteka və Kredit Zəmanət Fondu öz vəsaiti hesabına aldığı və ya onun mülkiyyətinə keçən mənzilləri kirayə kimi təklif edə bilər. Həmin mənzillər isə tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olunacaq”.

Ekspert bu evlərə sahib olmağın şərtlərinə aydınlıq gətirib:

“Mənzilə yalnız Azərbaycan vətəndaşı sahib ola bilər. Kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır. Məhkumluğu olmaması da şərtlər siyahısındadır. Ailəli olmaq şərt kimi qeyd olunmur. Yəni ailəli olmayanlar da müraciət edə biləcəklər. Kirayə mənzil üçün ailə müraciət edibsə, ailə fərdlərindən birinin rəsmi iş yerinin olması vacibdir. Həmin şəxsin ən az 6 aylıq rəsmi iş stajının olması məcburidir”.

V.Bayramov bildirib ki, götürmək istəyəcəyiniz kirayə mənzilin otaq sayı şəxsin aylıq əmək haqqının miqdarından asılıdır:

“Yaşayış sahəsinin qiyməti müqavilə müddətindəki ayların sayına bölünərək aylıq ödəniş məbləği müəyyənləşəcək. Məsələn, mənzilin xərci 120 min manat və müqavilə müddəti 25 ildirsə, o zaman 120 000 manat / ( 25 il X 12 ay) = 400 manat kimi müəyyənləşəcək. Daha aydın şəkildə ifadə etsək, seçəcəyiniz mənzilin kvadratı maaşınızdan asılıdır. Yəni maaş azdırsa, 1 otaqlı, çoxdursa 3 otaqlı mənzil seçə bilərsiniz. Onu da qeyd edim ki, kirayə mənzillərə sahiblənmək üçün ilkin ödəniş nəzərdə tutulmayıb. Amma kirayə mənzilə sahib olmaq istəyən şəxs kirayə müqaviləsi bağlandıqdan sonra aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir. Yəni 1 illik kirayə haqqı öncədən ödənilməlidir”.

V.Bayramov bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək:

“Burada Fond binanın və ya yaşayış evinin ünvanını, yaşayış sahəsinin sayını, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı kimi əsas məlumatları yerləşdirəcək. Təsdiq olunmuş qaydalara görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond beş iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra üç iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək”.

İqtisadçı son olaraq əlavə edib ki, hələlik adına mənzil olan şəxslərin kirayə ev üçün müraciət etmələrində heç bir məhdudiyyət yoxdur, ancaq gələcəkdə məhdudiyyət müəyyən edilə bilər.

Tarix
2019.12.17 / 23:29
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla