Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlunu qətlə
yetirən Lamiyə Quliyevanın anasının açıqlaması bu dəfə yeni gündəm
yaradıb.
Axar.az xəbər verir ki, Lamiyənin anası Ulduz Quliyeva
"Azvision.az"a geniş müsahibəsində diqqət çəkən məqamlara toxunub.
O bildirib ki, Lamiyənin Apellyasiya Məhkəməsində iştirak
edəcək:
"Çox inanıram ki, qızım bu məhkəmədən sonra azadlığa
buraxılacaq. İndi Lamiyənin yanından gəlirəm. Qızım da, nəvəm də
yaxşıdır. Lamiyə uşağını da məhkəməyə gətirəcək. Bu gün Lamiyəni
Kürdəxanıdakı təcridxanaya aparırlar. Lamiyəni məhkəməyə oradan
gətirəcəklər. Mən bilirəm ki, bütün Azərbaycan Lamiyənin
tərəfindədir".
Məhkumun anası uzun müddətdir dartışılan məsələyə bu cür
münasibət bildirib:
"Nəvəmin atası var. Vüqar Əliyev onun uşağının atası deyil.
Uşağın atası türmə işçisi də deyil. Onun atası Bakıdandır. Deyilənə
görə, uşaq atasına oxşayır. Elə atası da, uşaq da qəşənqdir.
Narahat olmasınlar, uşağın atası var. Yaxşı da oğlandır. Lamiyə
türmədə heç kəslə ailə həyatı qurmayıb. Şəmkirli də deyil.
Lamiyənin uşağın atasını sevdiyinə inanıram".
Ulduz Quliyeva qızına qarşı heç bir zorakılıq edilmədiyini,
uşağın Lamiyənin arzusu ilə doğulduğunu, ana-balanın bir-birinə çox
bağlı olduğunu da deyib.