Yuxarı

Bakı gözləyir: qubalılar isə almanı çaya tökür

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı gözləyir: qubalılar isə almanı çaya tökür

Qubalı fermerlər alma satışının zəif olması səbəbindən məhsullarını çaylara tökür.

Axar.az Regional TV-yə istinadən bildirir ki, meyvənin yığımından 4 aydan çox vaxt keçsə də, bağbanlar tədarük edilən məhsulun satışında ciddi problemlərin olduğunu bilidirir. Meyvənin əsas satış bazarlarından sayılan Rusiyada rublun düşməsi, ölkə daxilində isə alıcılıq qabiliyyətinin aşağı olması tonlarla məhsulun tədarük məntəqələrində çürüməsinə səbəb olur. Havanın isti keçməsi isə meyvənin yararsız vəziyyətə düşməsi ilə nəticələnir.

Hazırda 1 kq almanın Qubada 10-15 qəpiyə satıldığı bildirilir. Bağbanların sözlərinə görə, alış qiyməti meyvənin yetişdirilməsinə və saxlanılmasına çəkilən xərcləri heç cür ödəmir.

Xatırladaq ki, Bakıda Quba almasına tələbat heç də az deyil. Xaricdən gətirilən almalardansa, əhali daha keyfiyyətli olmasına və qiymətinə görə yerli almalara üstünlük verir. Həm də Bakı bazarlarında Quba alması heç də ucuz qiymətə satılmır.

Məhsul yetişdirənlərin Rusiya bazarları ilə illərlə qurduqları əlaqə də bu məsələdə öz sözünü deyir. Hazırda şimal qonşumuzda yaşanan iqtisadi gərginlik qubalı sahibkarlardan daxili bazarlara diqqəti artırmağı tələb etsə də, buna maraqlı olmamaları həm paytaxtda Quba almasının bahalığına, həm də sahibkarların məhsulunun zay olmasına gətirib çıxarır.

Tarix
2015.02.08 / 01:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

Van Yi Azərbaycana gəlir

Laos prezidenti Azərbaycana gəldi - Foto

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla