Yuxarı

Kəmaləddin Heydərov Qusara getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov Qusara getdi

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dekabrın 20-də Qusar şəhərində vətəndaşları qəbul edib.

Axar.az xəbər verir ki, qəbuldan əvvəl nazir Kəmaləddin Heydərov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Qusar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Həmin gün Fövqəladə Hallar nazirinin müavinləri Rəfail Mirzəyev Qubada, Etibar Mirzəyev isə Xaçmazda vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tarix
2019.12.20 / 13:05
Müəllif
Axar.az
Digər xəbərlər

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla