Yuxarı

Rusiyaya zərbələrin əsas hədəfi budur - "Tayms"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya zərbələrin əsas hədəfi budur - "Tayms"

Ukraynanın dron operatorları Rusiya ordusunun cəbhə xəttindən xeyli uzaqda yerləşən logistika marşrutlarına zərbələr endirirlər. Onların əsas məqsədi Krımı Rusiyanın əsas ərazisindən tamamilə təcrid etməkdir.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.

Nəşr qeyd edib ki, bu gün müharibənin gedişatını hər şeydən çox iki əsas innovasiya müəyyənləşdirir. “Starlink” sistemləri dronlardan alınan video görüntüləri ötürür və bu, çox böyük məsafələrdə hərəkət edən hədəfləri vurmağa imkan verir:

“Peyk rabitəsinə çıxış Ukrayna qoşunlarına həm təhlükəsiz internet əlaqəsi, həm də demək olar ki, real vaxt rejimində kəşfiyyat görüntüləri əldə etməyə imkan verir”.

“Bu, həqiqətən də vəziyyəti köklü şəkildə dəyişən amildir. Bu imkan bizə Rusiyanın arxa cəbhəsindəki logistika yollarını kəsməyə başlamağa şərait yaradır. Bu isə döyüşlərin gedişinə birbaşa təsir edir, çünki rusiyalılar cəbhə xəttinə sursat, şəxsi heyət, patron və yanacaq çatdırılmasında problemlərlə üzləşirlər”, – “Buruq bığ” ləqəbli ukraynalı hərbçi nəşrə bildirib.

Bununla belə, nəşr vurğulayıb ki, Rusiyanın Çin istehsalı olan, turbojet mühərriklərlə təchiz edilmiş ucuz pilotsuz uçuş aparatları var. Bu, ona Ukraynanın iri şəhərlərinə sutka ərzində dalğalar şəklində zərbələr endirməyə imkan verir. Hazırda bu dronları əsasən Qərb istehsalı olan bahalı raketlər vasitəsilə vurmaq mümkündür və belə raketlərin sayı kifayət qədər deyil.

Qeyd olunur ki, hər iki tərəf qarşı tərəfin əldə etdiyi üstünlüyü öz xeyrinə çevirməyə çalışır:

“Bir tərəfdən, Ukrayna Rusiya qoşunlarının cəbhə xəttində geri çəkilməsinə səbəb olan zərbələr endirir. Eyni zamanda, Kreml Ukrayna şəhərlərinə müharibənin ilk ilindən bəri görünməmiş intensivlikdə zərbələr endirir”.

Tarix
2026.10.06 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla