Yuxarı

Nazirlik bu şəxslərə ev verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlik bu şəxslərə ev verdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Astara, Ağdam, Tərtər, Saatlı, İmişli, Zaqatala və s. rayonlarda yeni inşa olunmuş 21 fərdi yaşayış evini şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

ƏƏSMN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, evlərin istifadəyə verilməsi tədbirlərində Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş amilinin dayandığı vurğulanıb. Vətəndaş rifahının təminatı istiqamətində tədbirlərin geniş vüsət aldığı, həssas əhali qrupları ilə bağlı mühüm sosial proqramların ildən-ilə genişləndirildiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması ölkəmizdə aparılan güclü sosial siyasətin mühüm tərkib hissəsidir. Bu məqsədlə icra olunan proqramlardan biri də şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təmin olunmasıdır. Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük əksəriyyəti təqdim edilib.

Ümumilikdə indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7256 mənzil və fərdi ev təqdim edilib.

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların sosial təminatlarının gücləndirilməsinə göstərilən yüksək qayğıya və bu gün yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2019.12.22 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla