Yuxarı

104 yaşlı nənə evində səs verdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
104 yaşlı nənə evində səs verdi - Foto

Qusar rayonunun Düztahir kəndinin 104 yaşlı sakini bələdiyyə seçkilərinə səsvermədə iştirak edib.

Axar.az xəbər verir ki, 1915-ci il təvəllüdlü Nazirat Məhəmməd qızı Vəlimətova səhhəti ilə əlaqədar məntəqəyə müraciət edərək, səs verməsi üçün şərait yaradılmasını xahiş edib.

Səyyar seçki qutusunu qeydiyyatda olduğu 51 saylı Qusar seçki dairəsinin 20 saylı seçki məntəqəsindən onun yaşadığı ünvana gətiriblər. Seçdiyi namizədlərə səs verən 104 yaşlı Nazirat nənə xalqımıza sülh və əmin-amanlıq arzulayıb.

Bu vaxtadək Azərbaycanda keçirilən seçkilərdə fəal iştirak edən Nazirat Vəlimətova indi yaşı ilə əlaqədar səhhətində problemlər yaranıb. Elə bu səbəbdən də son illərdə keçirilən seçkilərdə onun yaşadığı ünvana daşınan seçki qutusu gətirilir. Onun 8 övladı, 18 nəvəsi və 10 nəticəsi var.

51 saylı Qusar seçki dairəsi üzrə yaşı 100-dən yuxarı cəmi iki seçici qeydə alınıb. Bu dairə üzrə ümumilikdə qeydə alınan seçicilərin sayı 44 min 400 nəfərdir. Seçicilər 25 bələdiyyə üzrə 625 namizəd arasında seçim edir.

Tarix
2019.12.23 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla