Yuxarı

Tanınmış politoloq sədr müavini oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış politoloq sədr müavini oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş Elşad Mirbəşir oğlu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini seçilib.

Bu barədə Axar.az-a STM-dən məlumat verilib

Qeyd edək ki, 1998-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin politologiya şöbəsinin bakalavr, 2000-ci ildə isə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə isə Vyana Diplomatik Akademiyasında elmi tədqiqat işləri həyata keçirib.

2002-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və Sosiologiya kafedrasına dissertant qəbul olunub və müəllim kimi fəaliyyətə başlayıb.

Elşad Mirbəşir oğlu 10 ildən çoxdur ki, aktiv ictimai-siyasi xadim kimi tanınır, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tanınmış politoloqdur. 2016-2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2005-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə siyasi elmlər doktoru dissertasiyalarını müdafiə etmişdir. 3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. Alman, rus və türk dillərini sərbəst bilir.

Ailəlidir, 2 övladı var.

Tarix
2019.12.24 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

Nümayəndə heyətimiz Pezeşkiana başsağlığı verdi - Video

Rəsmilərimiz Xameneinin vida mərasimində... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla